27 Sentyabr 2018 13:06
1040
Elm və texnika
A- A+

Bakıda “Qafqaz: tarix, çağdaş dövr, gələcək” mövzusunda beynəlxalq konfrans keçirilir


Sentyabrın 27-də Bakıda Türkiyə Respublikasının Türk Tarix Qurumu (TTQ) və Strateji Düşüncə İnstitutunun (SDİ) birgə təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun dəstəyi ilə "Qafqaz: tarix, çağdaş dövr, gələcək” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə SDİ-nin rəhbəri Məhəmməd Savaş Kafkasyalı rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. Tarix İnstitutu ilə SDİ arasında əməkdaşlığa dair imzalanan müqaviləni xatırladan alim sənədə əsasən, Azərbaycan, Türkiyə və digər türk-müsəlman respublikalarının tarixindəki strateji əhəmiyyətli problemlərin müəyyənləşdirildiyini və bu istiqamətdə birgə tədqiqatların aparıldığını deyib.
Məhəmməd Savaş Kafkasyalı konfransın Qafqazın tarixinin öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna rolu olduğunu deyib. Bildirilib ki, Ulu Öndərin "Bir millət, iki dövlət” kəlamı bu gün dövlətlərimizin başçılarının timsalında daha da güclənib. Bu gün Azərbaycan və Türkiyə bütün məsələlərdə eyni mövqedən çıxış edir, beynəlxalq təşkilatlarda bir-birinə daim dəstək verir. Ölkələrimizin elmi qurumlarının birgə təşkilatçılığı ilə keçirilən bu kimi konfranslar Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinin daha da dərinləşməsinə xidmət edir.
TTQ-nin sədri Rəfiq Turan, Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və başqaları çıxış edərək konfransın Qafqazda terrora, ədalətsizliyə qarşı bir çağırış olduğunu bildiriblər.
Konfransda Azərbaycan tarixçilərinin "Qafqaz tarixində Azərbaycan Albaniya dövlətinin yeri və rolu”, "Qafqaz tarixində miqrasiya prosesləri: kimmerlər, iskitlər və saklar”, "Qafqaz tarixində Dərbənd”, "Arxiv sənədlərində Azərbaycanın əhalisi (XVIII – XIX əsrin əvvəlləri)”, "Çar Rusiyasının Cənubi Qafqazda erməni dövləti yaratmaq siyasəti”, "XX əsrin əvvəllərində Cənubi Qafqazın türk-müsəlman əhalisinə qarşı soyqırımları”, "Bolşevik Rusiyasının türk dünyasını parçalamaq siyasəti və Qərbi Zəngəzurun ermənilərə verilməsi”, "Azərbaycanın tarixi taleyində neft problemi” və digər mövzularda məruzələri dinlənilib.
Konfrans "Tarix və mədəniyyət”, "Siyasət”, "İqtisadiyyat”, "Keçmişdən günümüzə Qafqazın tarixində regional məsələlər” və "Qafqazın gələcəyi” bölmələri üzrə işini davam etdirib.
Tədbir sentyabrın 28-də yekunlaşacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video