26 Sentyabr 2018 17:20
329
DÜNYA
A- A+

Avropa və MDB-də yeniyetmələr daha az içməyə başlayıblar


Avropada və MDB ölkələrində yeniyetmələr daha az spirtli içki qəbul etməyə başlasalar da, alkoqoldan istifadə əvvəlki kimi yüksək səviyyədə qalır. Belə ki, 15 yaşadək qızların 9 faizi və oğlanların 16 faizi müntəzəm olaraq spirtli içki qəbul edir. Bu barədə Dünya Səhiyyə Təşkilatının (DST) mətbuat xidməti məlumat vermişdir.
DST bununla bağlı "Yeniyetmələrin alkoqolla bağlı davranış stereotipləri: Avropa regionunda tendensiyalar və sosial bərabərsizliklər, 2002-2014-cü illər” adlı hesabat dərc etmişdir. Təşkilat Avropa regionuna Avropa və postsovet ölkələrini, habelə Türkiyə və İsraili daxil edir.
Hesabatda deyilir ki, "qeydə alınmış azalmaya baxmayaraq, alkoqoldan istifadə əvvəlki kimi təhlükəli miqdardadır və ciddi narahatlıq doğurmaqda davam edir”. Sənədin aparıcı redaktoru doktor Co İnçli bildirmişdir ki, "alkoqoldan ziyanlı istifadənin ümumi azalması ənənəvi olaraq sərxoşluğun yüksək yayılması qeydə alınan ölkələrdə, məsələn, Böyük Britaniyada və Şimali Avropa regionunda daha qabarıqdır. Belə qənaətə gəlmək olar ki, vəziyyəti dəyişdirmək mümkündür, lakin yeniyetmələri alkoqolun ziyanından səmərəli şəkildə müdafiə etmək üçün şərait yaratmaqdan ötrü əlavə səylər göstərmək lazımdır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video