26 Sentyabr 2018 17:05
343
CƏMİYYƏT
A- A+

Keyfiyyətsiz toyuq məhsullarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət işi başlanıb


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin məlumatı


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dayanıqlı sosial-iqtisadi inkişaf kursunun başlıca prioritetlərindən biri kimi əhalinin sağlamlığının qorunması, qida təhlükəsizliyinin təmin edilməsi və bu növ məhsulların təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyinin daha da artırılması istiqamətində reallaşdırılan ardıcıl və məqsədyönlü tədbirlər davam etdirilməkdədir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, bəzi hallarda ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən şəffaf prosedurlar əsasında sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyindən sui-istifadə edilməklə qida təhlükəsizliyi qaydalarının pozulması hallarına yol verilir və belə hallara qarşı ən ciddi mübarizə tədbirləri görülür.

Belə ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ilə birgə müvafiq sahədə mövcud olan xidmət qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə müxtəlif ünvanlarda yerləşən emal sahələrinə baxış keçirilərkən Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Rəsulov Əlfiqar Əmi oğlu və Hacıyev Fizuli Salman oğluna məxsus qanunsuz fəaliyyət göstərən kəsim sexlərində normativ-hüquqi aktlara və sanitar-gigiyena tələblərinə əməl edilmədən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratmaqla broyler istehsalı olan cəmi 1664 toyuq və 68 kiloqram toyuq içalatının mənşəyi məlum olmayan kimyəvi maddədən istifadə edilib rənglənərək "kənd toyuğu” adı altında satışının həyata keçirilməsi müəyyənləşdirilib.

Agentlik tərəfindən aşkar edilmiş hüquqpozma faktlarının araşdırılması və aidiyyəti şəxslər barəsində qanuni tədbirlərin görülməsi məqsədilə Baş Prokurorluğa müraciət edilib, keyfiyyətsiz toyuq məhsullarının qanunsuz dövriyyəsi ilə əlaqədar toplanmış materiallar əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, yəni etibardan sui-istifadə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 192.1-ci (qanunsuz sahibkarlıq vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Agentliyin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında aparılan sınaqlar nəticəsində Əlfiqar Rəsulova məxsus kəsim sexindən götürülmüş serebris toyuq, broyler toyuq və toyuq içalatında ümumi mikrob sayının normativ tələblərlə müəyyən edilmiş məqbul səviyyədən çox olduğu, həmçinin patogen mikroorqanizmlərin və "Salmonella”nın mövcud olması aşkarlanıb. Həmçinin su nümunələrində aparılan müayinələr nəticəsində "Salmonella” (S.typhimurium), E.coli və işçilərin əllərindən götürülmüş yaxma nümunələrində aparılmış müayinələrə əsasən bağırsaq çöpü qrupu bakteriyaları (E.coli) aşkar edilib. Toyuğun rənglənməsində istifadə olunan boyaq maddənin xromotoqrafiya üsulu ilə müayinəsi nəticəsində qida sənayesində istifadəsinə icazə verilməyən kimyəvi maddə olduğu müəyyən edilib.

Aparılmış istintaqla Əlfiqar Rəsulovun vergi orqanlarında uçota alınmadan qanunsuz sahibkarlıqla məşğul olmaqla başqa şəxslərlə qabaqcadan əlbir olub ayrı-ayrı şəxslərdən mənşəyi məlum olmayan diri toyuqları almasına, ona məxsus həyətyanı sahədə yerləşən tikilidə bunun üçün heç bir xüsusi avadanlıqla təchiz edilməyən, normativ aktların tələblərinə və sanitar-gigiyenik qaydalara cavab verməyən şəraitdə toyuqların kəsimini, təmizlənməsini və saxlanılmasını həyata keçirdikdən sonra qəsdən həmin toyuqların tam keyfiyyətli, buna dair normativ aktların tələblərinə və sanitar-gigiyenik qaydalara cavab verən satışa hazır məhsul olmasını ayrı-ayrı ticarət obyektlərinin nümayəndələrinə yalandan bildirərək, ümumilikdə 23 min 407 manat dəyərində belə məhsulları onlara satmasına, habelə cəmi 3 min 255 manat dəyərində toyuq məhsullarını aldatma yolu ilə satmağa cəhd etməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən ona Cinayət Məcəlləsinin 29,178.2.1-ci, 29,178.2.2-ci, 178.3.2-ci və 192.1-ci maddələri ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Həmçinin Füzuli Hacıyevə məxsus kəsim sexindən götürülmüş serebsris toyuq, broyler toyuq və toyuq içalatında aparılan müayinələr nəticəsində ümumi mikrob sayının normativ tələblərlə müəyyən edilmiş məqbul səviyyədən çox olduğu, həmçinin patogen mikroorqanizmlərin və "Salmonella”nın mövcud olması aşkarlanıb. Eyni zamanda, toyuq cəmdəyinin daxili orqanlarında bakterioloji əkmə, mikroskopik və bioloji müayinələr aparılıb. Spesifik boy vermiş əkmələrdən yaxmalar hazırlanaraq mikroskopiya edilib. Habelə işçilərin əllərindən götürülmüş yaxma nümunələrində aparılmış müayinələrə əsasən müvafiq olaraq "Salmonella” (Sştyphimurium), E.coli və qızılı stafilokokk (S.aureus) aşkar edilib.

İstintaqla Fizuli Hacıyevin ayrı-ayrı şəxslərdən mənşəyi məlum olmayan diri toyuqları almasına, ona məxsus həyətyanı sahədə yerləşən tikilidə bunun üçün heç bir xüsusi avadanlıqla təchiz edilməyən, normativ aktların tələblərinə və sanitar-gigiyenik qaydalara cavab verməyən şəraitdə toyuqların kəsimini, təmizlənməsini və saxlanılmasını həyata keçirdikdən sonra qəsdən həmin toyuqların tam keyfiyyətli, buna dair normativ aktların tələblərinə və sanitar-gigiyenik qaydalara cavab verən satışa hazır məhsul olmasını ayrı-ayrı ticarət obyektlərinin nümayəndələrinə yalandan bildirərək, ümumilikdə 1548 manat dəyərində belə məhsulları onlara satmasına, habelə cəmi 2642 manat dəyərində toyuq məhsullarını aldatma yolu ilə satmağa cəhd etməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən ona Cinayət Məcəlləsinin 178.2.2-ci və 29,178.2.2-ci maddələri ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının pozulmasına yönəlmiş hər növ qanun pozuntularının qarşısının alınması istiqamətində bundan sonra da ən ciddi tədbirlər görüləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video