26 Sentyabr 2018 16:36
485
Mədəniyyət
A- A+

ABŞ mediasında “Azərxalça”nın fəaliyyəti ilə bağlı məqalə dərc olunub


ABŞ-da nəşr olunan "Eurasia review” jurnalında və eyniadlı analitik portalda Azərbaycan xalçaçılığından, ölkəmizdə bu sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) fəaliyyətindən bəhs edən məqalə dərc olunub.

"Azərxalça” ASC-dən AZƏRTAC-a bildirilib ki, "Azərbaycan xalçaçılığın vətənidir” adlı məqalənin müəllifi tanınmış jurnalist və beynəlxalq münasibətlər üzrə ekspert Peter Tasedir. Məqalədə Azərbaycanın xalçaçılıq tarixinə nəzər salınıb.

Qeyd olunub ki, Azərbaycan xalqının tarixi, həyatı ilə sıx bağlı olduğundan sovet dövründə xalçaçılığın geniş şəkildə tədqiqinə, milli naxışlarla xalça istehsalına süni maneələr yaradılıb. Çünki xalça Azərbaycan xalqının tarixinin öyrənilməsində əvəzsiz vasitələrdən biri idi. Xalçalar üzərindəki naxışlar onun toxunduğu dövrün həyat tərzi barədə qiymətli məlumatlar verir. Bu sahəyə ehtiyatla yanaşılmasına baxmayaraq, görkəmli dövlət xadimi Heydər Əliyev xalçaçılığın yaşadılması, inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirib. XX əsrin 70-ci illərində Azərbaycanda Xalça Muzeyi fəaliyyətə başlayıb, bu sahə ilə məşğul olan tədqiqatçılara, xalçaçılıq sənətini yaşadanlara lazımi şərait yaradılıb.

Məqalədə bildirilib ki, Qarabağ bölgəsində tarixən zəngin çeşnili, qiymətli xalçalar toxunub. Tarixi Azərbaycan torpaqlarını işğal edən ermənilər Qarabağda yaşayan azərbaycanlıların dədə-baba yurdlarında qalan Azərbaycan xalçalarını öz məhsulları kimi təqdim edirlər. Ancaq bütün dünyanın bildiyi həqiqət odur ki, xalçaçılığın vətəni Azərbaycandır və o xalçalar Azərbaycan xalqının istedadının məhsuludur.

Müasir dövrdə Azərbaycanda xalçaçılığın inkişafından ətraflı bəhs edən müəllif Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə görülən işlərin ən yaddaqalan məqamlarından birinin də 2016-cı ildə "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması olduğunu vurğulayıb. Son illər Azərbaycanda yaradılan xalça istehsalı fabriklərinin əhəmiyyətini xüsusi qeyd edən Peter Tase bununla Azərbaycan dövlətinin bir neçə strateji məqsədi reallaşdırdığını bildirib: "Azərxalça” qarşısında duran ən vacib vəzifələrdən biri milli xalçaçılıq sənətinin inkişafıdır, digəri isə ölkənin ixrac potensialını artırmaqdır. Bu fəaliyyət geniş xalçaçılıq şəbəkəsinin yaradılmasını tələb edib. "Azərbaycan xalça sənətinin vətənidir, xalça muğam, memarlıq abidələri kimi bizim milli dəyərimizdir", – deyən Azərbaycan Prezidenti İlham Əliyev bu sənət sahəsinin yaşadılmasını təmin edərək, Azərbaycanda xalçaçılığın geniş şəbəkəsini yaradıb. Hazırda Füzuli (Horadiz), Ağdam (Quzanlı), Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz və Qəbələ rayonlarında "Azərxalça"nın filialları fəaliyyət göstərir. Bu binaların tikintisi 2016-2017-ci illərdə başa çatdırılıb və bütün avadanlıqlarla tam təchiz olunub. Azərbaycan dövlət başçısının tapşırığı ilə hazırda Bakı və Naxçıvan şəhərlərində, Abşeron, Lənkəran, Biləsuvar, Kürdəmir, Qobustan, Şabran, Goranboy və Tərtər rayonlarında xalça istehsalı emalatxanaları binalarının tikintisi və infrastrukturunun yaradılması sürətlə davam etdirilir. 2019-cu ildə Azərbaycanda daha 10 xalça fabriki yaradılacaqdır”.

Müəllif qeyd edib ki, bu işləri həyata keçirərək Azərbaycan dövləti öz milli sərvətinə və dəyərlərinə sahib çıxır, xalçaçılıq sənətini yaşadır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video