26 Sentyabr 2018 11:23
1100
Səhiyyə
A- A+

Quru meyvələr və onların sağlamlığa təsiri


Meyvələrin tərkibində orqanizm üçün lazım olan bir çox vacib komponentlər var. Lakin təkcə təzə meyvələr yox...
Quru meyvələrin yeyilməsi də sağlamlığa çox müsbət təsir göstərir.
Qurudulmuş əriyin tərkibi bol miqdarda A, E, eləcə də B qrupu vitaminləri və kaliumla zəngindir. Həzm probleminə yaxşı təsir edir, stresin, qan azlığının qarşısını alır. Tərkibində olan A vitamini akne kimi dəri probleminə qarşı faydalıdır. Quru ərik görmə funksiyasını yaxşılaşdırır, şəkər xəstəliyinin inkişafına mane olur, immunitet sistemini gücləndirir.

Gavalı qurusu da çox xeyirlidir. Quru gavalı tərkibində olan zəngin kalium və maqneziuma görə böyrək, qaraciyər və revmatizm xəstəlikləri zamanı müsbət təsir göstərir, sümükləri möhkəmləndirir.

Faydalı meyvələrdən olan bananın tərkibi süd, zülal və az miqdarda yağdan ibarətdir, qalan hissəsini isə müxtəlif üzvü maddələr və kalium təşkil edir. Bu meyvə bir çox xəstəliklərin dərmanıdır. Banan qan təzyiqini aşağı salır, tərkibində kalium və natrium birliyi hüceyrənin inkişafını, əzələ toxumasının tənzimlənməsini, ürək döyüntüsünü və maye-duz balansını normalaşdırır.

Üzümün tərkibi 20-25 faiz qlükozadan ibarət olduğuna görə qanda tez mənimsənilir. Buna görə də ağır zehni yorğunluqdan əziyyət çəkənlərə böyük faydası var. Tərkibi qlükoza və dəmirlə zəngin olduğuna görə orqanizmdə qanın əmələ gəlməsinə və anemiyanın müalicəsinə kömək edir. Üzümdə olan təbii komponentlər orqanizmdə həzm pozğunluğu, böyrək və qaraciyər xəstəlikləri zamanı müsbət təsir göstərir. Üzümün tərkibindvəki bəzi kimyəvi birləşmələr onkoloji xəstəliklərin yayılma riskini azaldır.

Zəngin mineral mənbələrindən biri olan əncirin tərkibində fosfor, kalium, dəmir, kalsium, maqnezium maddələri, B vitaminləri qrupu və A vitaminləri var. Onların sayəsində bu meyvə enerjinin bərpası üçün əvəzolunmaz vasitədir və orqanizmdə əzələ, sinir sistemlərinin inkişafına yardım edir. Meyvələr içərisində ən çox mineral toplusu da əncirin tərkibindədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video