Ermənistan yalnız Azərbaycan ərazilərini deyil, Göyçədəki mədəni mühitimizi də işğal edib
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) oktyabrın ortalarında Strasburqda baş tutacaq payız sessiyası ərəfəsində qurumun mədəniyyət, elm, təhsil və media komitəsinin Tbilisidə növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, təhsil, mədəniyyət və mətbuatın bir sıra aktual problemlərinin müzakirə edildiyi bu toplantıda AŞ PA deputatları ilə yanaşı, Gürcüstandan da müxtəlif sahələr üzrə ekspertlər iştirak ediblər.
Toplantıda ən geniş müzakirələr və maraq doğuran mövzulardan biri "Avropanın qeyri-maddi mədəni irsinin qorunması və gücləndirilməsi” olub.
Həm siyasi, həm mədəni baxımdan yetərincə həssas olan həmin məsələ ilə əlaqədar müzakirələrdə AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü, Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov çıxış edərək ölkəmizin bu sahədə əldə etdiyi uğurlardan bəhs edib. Bildirib ki, mahiyyəti etibarı ilə qeyri-maddi mədəni irs bilavasitə xalqların ruhu ilə bağlı dəyərlər silsiləsidir. Qeyri-maddi irs nümunələri bir xalqın, millətin simasını, özlüyünü müəyyənləşdirən incilərdir. Eyni zamanda, ortaq qeyri-maddi irs nümunələri də var ki, doğma, qohum insanlar bir-birinə bənzəyən kimi belə nümunələr də məhz xalqlar arasındakı yaxınlığın, bənzərliyin, tarixi ortaqlığın göstəricisidir. Bu baxımdan Azərbaycan çox zəngindir.
Deputat deyib: "Azərbaycanın UNESCO-da rəsmən qeydiyyatdan keçmiş 11 qeyri-maddi irs nümunəsi var. Bu sırada Azərbaycan muğamı və aşıq sənəti, Azərbaycan tar ifaçılığı, Çövkən oyunu, Novruz bayramı, Lahıc misgərliyi, lavaş ənənəsi, kəlağayı mədəniyyəti və digərlərini qeyd etmək olar. Daha bir neçə əhəmiyyətli qeyri-maddi irs nümunəsi isə qeydəalma prosesindədir. Bütövlükdə isə Azərbaycanın gələcəkdə UNESCO siyahılarında yer almalı onlarla dəyərli qeyri-maddi irs örnəkləri mövcuddur”.
Daha sonra akademik Rafael Hüseynov avropalı deputatların diqqətini Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə yönəldərək bunun bir çox başqa sahələrə olduğu kimi, mədəniyyətə, konkret olaraq, qeyri-maddi mədəni irsə vurduğu ağır zərbələrdən danışıb: "Bu gün Avropa Şurasının qeyri-maddi mədəni irsi qorumaq və gücləndirmək üçün səyləri birləşdirməyə çağırdığı əsnada mən son dərəcə narahatedici və kədərli bir məqama da diqqət yönəltməyi vacib hesab edirəm. Dünyada və Avropada qaçqınların, öz daimi yaşayış yerini itirən insanların sayı durmadan artır. Bunun nə qədər ağır faciə olduğunu gündəlik müşahidələrim əsasında öz xalqımın taleyindən bütün acısı ilə dərindən bilirəm. 300 mindən artıq azərbaycanlı artıq 30 ildir ki, Ermənistan ərazisində tarixən yaşadığı torpaqlardan deportasiya edilib. Bununla da Ermənistan hələ Azərbaycan ərazilərini zəbt etməzdən daha əvvəl Göyçə mahalındakı Azərbaycan mədəni mühitini işğal edib. 1990-cı illərin əvvəllərində isə 700 minə yaxın insan yenə təcavüzkar Ermənistan və onlara dəstək verən qüvvələr tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və onun ətrafındakı daha 5 Azərbaycan rayonundan zorla çıxarılaraq öz vətənində məcburi köçkünə çevrilib. Bu gün yüz minlərlə belə müdhiş həyat yaşayan insan ortaq evimiz olan Avropanın başqa ölkələrində də var. İnsan öz doğulub böyüdüyü mühitdən uzun illər boyu ayrı düşəndə axı həm də onun ənənələri, milli-mədəni dəyərləri, qeyri-maddi irsinin misilsiz nümunələri tədricən aşınmaya uğrayır, dağılır, unudulur, məhv olur. Fəlsəfi etibarı ilə isə bu, təcavüzkarların elə insanlığa qarşı cinayət törətməsi deməkdir”.
Milli Məclisin deputatı sonda həm Avropa Şurasını, həm UNESCO-nu qeyri-maddi irsi daha səylə qorumağa, ona xələl gətirməyə, məhv etməyə yönəlmiş fəsadların qarşısını almağa çağırıb: "Düşünürəm ki, Avropa Şurası və ilk növbədə, UNESCO hərbi münaqişələr nəticəsində zədələnmək, itmək, yox olmaq təhlükəsi ilə qarşı-qarşıya qalan qeyri-maddi mədəni irs nümunələrinin qeydə alınması, mühafizəsi, bərpası və inkişaf etdirilməsi istiqamətində ciddi və miqyaslı iş aparmalıdır. İndi dünyada çoxlu ölü və ölüb getməkdə olan dillər var. Hansısa tayfalar, xalqlar yaşayır, tükənib yox olur, onların dilləri də beləcə ömrünü başa vurur. Lakin münaqişələr nəticəsində vətənini, doğma yerlərini itirən insanlar ömrünü hər halda davam etdirir. Onlar, sadəcə, vaxtilə Ermənistanda, öz tarixi torpaqlarında, Göyçə mahalında yaşamış azərbaycanlılar kimi doğma mədəni mühitlərini itirirlər. Qaçqına çevrilən insanlar müxtəlif yerlərdə sığınacaq tapdıqları üçün onların bir-biri ilə təmasları qırılır. Bu minvalla, tədricən ortaq mühitdə, onların daim sıx ünsiyyətdə olduğu məkanda mövcud olan qeyri-maddi mədəni irs nümunələri də yox olur. Elə həmin ömrünü başa vuran dillər kimi ölür. Gözəlliklər ölür və bu, çox acınacaqlıdır. Ona gərə də yaşamaq haqqı olan belə inciləri qorumaq, onlara qarşı olan təcavüzlərə son qoymaq mötəbər beynəlxalq təşkilatların ali vəzifəsi və borcudur”.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Azərbaycan Respublikası Prezidentinin “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanun...
19 Mart
“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sı...
19 Mart
“Qeyri-müntəzəm sərnişin daşınması üçün formulyarın forması”nın təsdiq edilməsi haqqında...
19 Mart
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzər...
19 Mart
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsd...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununu...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı...
19 Mart
Azercell abunəçilərinin nəzərinə:
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!