25 Sentyabr 2018 21:44
252
CƏMİYYƏT
A- A+

“ADEX-2018” sərgisi çərçivəsində bir sıra ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirilib


Sentyabrın 25-də Azərbaycan müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev "ADEX-2018” üçüncü Beynəlxalq müdafiə sərgisi çərçivəsində bir sıra ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirib.

Müdafiə Sənayesi Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Yəhya Musayev sərgidə iştirak edən Ukraynanın "Ukroboronprom" şirkətinin baş direktoru Bukin Pavel, Serbiyanın müdafiə nazirinin müşaviri Nenad Miloradoviç, Özbəkistanın müdafiə nazirinin müavini Suxrat Xalmuxamedov və Rusiya Federasiyası Taktiki Raket Silahlanma Korporasiyasının baş direktoru Baris Abnosovun rəhbərlik etdikləri nümayəndə heyətləri ilə görüşüb.

Səmimi və mehribanlıq şəraitində keçən görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. "ADEX-2018” sərgisinin yüksək səviyyədə təşkil edildiyini vurğulayan qonaqlar tədbirə dəvət olunduqları üçün təşəkkürlərini bildiribər.

Özbəkistanın nümayəndə heyətinin rəhbəri Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətini yüksək qiymətləndirib və hərbi sənaye sahəsində ikitərəfli əməkdaşlıq niyyətində olduqlarını qeyd edib.

Həmin gün Yəhya Musayev ilə Türkiyənin müdafiə sənayesi nazirinin müavini Faruk Yigitin başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti arasında da görüş olub.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın iştirak etdiyi görüşdə iki qardaş ölkə arasında mövcud əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video