25 Sentyabr 2018 21:21
863
İDMAN
A- A+

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında daha iki çəkidə qalib və mükafatçılar müəyyənləşib

Bakıda keçirilən cüdo üzrə dünya çempionatının altıncı günündə - sentyabrın 25-də daha iki çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, çempionatın altıncı günündə kişi cüdoçular 100, qadınlar isə 78 kiloqram çəki dərəcəsində güclərini sınayıblar. Səksən səkkiz cüdoçunun mübarizə apardığı yarış günündə ölkəmizi "Rio-2016" Yay Olimpiya Oyunlarının gümüş medalçısı Elmar Qasımov və Zelim Kotsoyev təmsil ediblər. Ancaq cüdoçularımız mükafatçılar sırasında yer ala bilməyiblər.

Qadınların final yarışında niderlandlı Guusje Stinhuisə qalib gələn yaponiyalı Asiya çempionu Şori Hamada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Niderlandlı Marhinde Verkerk və Rusiya idmançısı Aleksandra Babintseva dünya çempionatının bürünc medalına sahib olublar.

Kişilərin yarışında qızıl medal uğrunda görüşdə gürcüstanlı Varlam Liparteliani və Koreya Respublikasından olan cüdoçu Quham Ço üz-üzə gəliblər. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə koreyalı idmançı qalib gələrək dünya çempionu adını qazanıb. Rusiya təmsilçisi Niyaz İlyasov və monqolustanlı Otqonbaatar Lxaqvasuren dünya çempionatını üçüncü pillədə başa vurublar.

Çempionatın yeddinci günündə - sentyabrın 26-da kişi cüdoçular 100 kiloqramdan, qadınlar isə 78 kiloqramdan yuxarı çəki dərəcəsində güclərini sınayacaqlar. Yarışda ölkəmizi Uşanqi Kokauri və İrina Kindzerska təmsil edəcəklər.

Qeyd edək ki, çempionatda 125 ölkədən 800-dək cüdoçu birincilik uğrunda mübarizə aparır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video