25 Sentyabr 2018 18:28
231
DÜNYA
A- A+

Hindistanda 25 nəfər daşqın və torpaq sürüşməsinin qurbanı oldu


Hindistanın şimalında daşqın və torpaq sürüşməsi nəticəsində 25 nəfər həlak olmuşdur. Bu barədə "Anadolu” agentliyi xəbər verir.

Məlumata görə, ölənlər Cammu və Kəşmir, Pəncab, Himaçal-Paradeş və Haryana ştatlarının sakinləridir. Həmçinin bir çox evlər dağılmış, yollar bərbad vəziyyətə düşmüşdür.

ANİ agentliyinin xəbərinə görə, təbii fəlakət nəticəsində azı 45 nəfər itkin düşmüşdür. Onlardan 35-i Rurki şəhərindəki Texnoloji İnstitutun tələbələridir. Axtarış-xilasetmə işləri davam edir.

Xatırladaq ki, bu il Hindistanda musson yağışları mövsümündə baş vermiş daşqınlar nəticəsində 1400 nəfərdən çox adam həlak olmuşdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video