25 Sentyabr 2018 18:18
891
Elm və texnika
A- A+

Akademik İsa Həbibbəyli: Məsud Əlioğlu universal ədəbiyyatşünaslıq təfəkkürünə malik görkəmli alim olub


25.09.2018 [17:14]
Bakı, 25 sentyabr, AZƏRTAC

Sentyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas-alim, tənqidçi Məsud Əlioğlunun anadan olmasının 90 illiyinə həsr edilən tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatşünaslığının, ədəbi-ictimai fikrinin inkişafında M.Əlioğlunun müstəsna xidmətlərindən danışıb. Akademik İ.Həbibbəyli deyib ki, M.Əlioğlu universal ədəbiyyatşünaslıq təfəkkürünə malik görkəmli alim olub.

Bildirilib ki, M.Əlioğlunun iyirmi beş illik yaradıcılığı ərzində "Şamo” romanı haqqında”, "Cəlil Məmmədquluzadənin dramaturgiyası”, "Mirzə İbrahimovun dramaturgiyası”, "S.S.Axundovun həyat və yaradıcılığı”, "Osman Sarıvəlli”, "Rəsul Rza”, "Məfkurə dostları”, "Ədəbiyyatda yeni insan”, "Məslək qardaşları”, "Tənqidçinin düşüncələri” kitabları, onlarla məqaləsi nəşr olunub. Vəfatından sonra "Hüseyn Cavidin romantizmi”, "Məhəbbət və qəhrəmanlıq”, "Amal və sənət”, "Ədəbi fraqmentlər” və ikicildlik "Darıxan adamlar” kitabları çapdan çıxıb. Onun klassik ədəbiyyat barədəki şərhlərinin böyük hissəsi XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatına aiddir. "Hüseyn Cavidin romantizmi” monoqrafiyası təkcə M.Əlioğlunun deyil, ümumən Azərbaycan ədəbiyyatşünaslığının ən mükəmməl əsərlərindəndir. İ.Həbibbəyli vurğulayıb ki, bu əsər Azərbaycan romantizminin ideya əsaslarının öyrənilməsi üçün çox dəyərli elmi mənbədir.

Sonra institutun XX əsr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Şirindil Alışanlının "Tənqidçi istedadı və zaman” mövzusunda məruzəsi dinlənilib. O, M.Əlioğlunun ədəbi-tarixi yaddaşı müasirlik müstəvisində qiymətləndirdiyi kimi, çağdaş ədəbi prosesdəki yenilikləri də böyük həssaslıqla duyduğunu və cəsarətlə müdafiə etdiyini deyib: "M.Əlioğlu ruhuna yaxın olmayan, onun həyat haqqında qənaətlərinə uyuşmayan müəlliflərdən və əsrlərdən yazmazdı”.

İnstitutun ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli, təhsil şöbəsinin əməkdaşı, kiçik elmi işçi Nurlanə Məmmədova ədəbiyyatşünas-alimin yaradıcılığının müxtəlif aspektlərindən bəhs ediblər.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov görkəmli alimin XX əsrin 40-cı illərinin sonlarından 70-ci illərin əvvəllərinədək davam edən yaradıcılıq axtarışlarının bir neçə fundamental istiqaməti əhatə etməklə sonrakı illərin araşdırmalarına, ümumən milli ədəbi-nəzəri təfəkkürün tərəqqisinə əhəmiyyətli təsir göstərdiyi vurğulayıb.

Sonda M.Əlioğlunun qızı, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, nasir-dramaturq, Əməkdar incəsənət xadimi Afaq Məsud atasının xatirəsinə göstərilən yüksək ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını ifadə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video