25 Sentyabr 2018 16:59
1387
PARLAMENT
A- A+

Psixoloji yardımla bağlı qanun layihəsi hazırlanıb


Sentyabrın 25-də Milli Məclisin Səhiyyə komitəsinin payız sessiyası çərçivəsində ilk iclası keçirilib. Komitə sədri Əhliman Əmiraslanov əvvəlcə 2018-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabatı təqdim edib. Bildirilib ki, hesabat dövründə komitənin 7 iclası keçirilib. Bu iclaslarda 11 məsələ, 6 qanun layihəsi müzakirə edilib. Hesabat dövründə komitəyə 205 müraciət daxil olub, 86 vətəndaş qəbul edilib. İclasda komitənin hesabat dövründəki fəaliyyəti məqbul qiymətləndirilib.

Gündəlikdəki məsələlərə toxunan Əhliman Əmiraslanov komitənin payız sessiyası üçün iş planı barədə məlumat verərək bildirib ki, bu müddət ərzində "Psixoloji yardım haqqında” qanun layihəsi və "İnsan orqan və ( və ya) toxumalarının transplantasiyası haqqında” qanuna dəyişikliklərin edilməsi barədə” qanun layihəsinin işlənməsi nəzərdə tutulub. Bundan başqa, bu ilin noyabr ayında 2019-cu il dövlət büdcəsi haqqında qanun layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.

Komitə sədrinin sözlərinə görə, payız sessiyası ərzində "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsinin təkmilləşdirilməsinə və icbari tibbi sığiortanın tətbiqi ilə bağlı normativ-hüquqi aktlara dəyişikliklərin edilməsinə dair dinləmələr keçiriləcək.

Əhliman Əmiraslanmov icbari tibbi sığorta haqqında qanuna köklü dəyişikliklər edilməsinin vacibliyini qeyd edərək vurğulayıb ki, icbari tibbi sığortanın gələn il bütün respublikada tətbiqini asanlaşdırmaq üçün Milli Məclisin Səhiyyə komitəsi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə müəyyən işlər görməlidir. Komitə sədri bildirib ki, dərman vasitələri ilə bağlı narazılıqlar tam həllini tapmayıb və bununla bağlı qanunda müəyyən dəyişikliklər edilməlidir. Bundan başqa, sessiya ərzində "Vərəmlə mübarizə haqqında”, eləcə də "Sanitariya epidemioloji salamatlıq haqqında” qanunlara dəyişikliklər edilməsi də nəzərdə tutulub.

İclasda çıxış edən deputat Qənirə Paşayeva 2019-cu ilin dövlət büdcəsinin müzakirələrində koxlear implantasiya və süni mayalanma kimi məsələlərin də nəzərə alınmasını təklif edib. O sağlamlıqla bağlı əhali arasında maarifləndirilmə işlərinin artırılması üçün komitə və media rəhbərləri arasında dinləmələr keçirilməsini məsləhət bilib.

Deputat Məlahət İbrahimqızı isə çıxış edərək gələn il bütün respublikada icbari tibbi sığortanın tətbiq olunacağı təqdirdə "Ailə həkimi haqqında” qanun layihəsinin yaz sessiyasında müzakirəyə çıxarılmasını təklif edib.

Deputat Rəşad Mahmudov da ürək-damar xəstəliklərinin icbari tibbi sığortaya daxil edilməsini təklif edib. 
Komitənin sədr müavini Musa Quliyev isə hesab edir ki, icbari tibbi sığorta ilə bağlı ailə həkimi institutunun yaradılmasının hüquqi bazası olmalıdır və pasient hüquqları haqqında qanun mütləq qəbul edilməlidir. Hər iki məsələ ilə bağlı işçi qrupunun yaradılması təklif edilib.

İclasda həmçinin xarici tələbələrin icbari tibbi sığortası, pasientlərin hüquqlarının qorunması haqqında qanun layihələrinin hazırlanmasının vacibliyi qeyd edilib. 
Yekunda komitənin payız sessiyası üçün İş Planı təsdiq edilib. Müzakirələrin yekununda baxılan məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olundu.

F.ƏHMƏDOVA,
"Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video