25 Sentyabr 2018 16:32
1003
PARLAMENT
A- A+

Uşaqlar zərərli informasiyadan qanunla qorunacaq


Sentyabrın 25-də Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirildi. İclasda komitə sədri Aqiyə Naxçıvanlı bildirdi ki, gündəlikdə yaz və növbədənkənar sessiyalar dövründə komitədə görülən işlər barədə hesabat, payız sessiyası üçün iş planının layihəsi və "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi haqqında məsələlər öz əksini tapıb.
Yaz və növbədənkənar sessiyalar dövründə komitənin 3 iclasının keçirildiyini deyən Aqiyə Naxçıvanlı məlumat verdi ki, bu müddət ərzində 4 məsələ və 2 qanun layihəsi müzakirə olunub. Bu ilin may ayının 23-də Milli Məclisdə "Azərbaycan ailə modeli: müasirlik və dəyərlər” mövzusunda geniş tədbir keçirilib. Tədbirdə əsasən ailə institutunun möhkəmləndirilməsi, gənc nəslin sağlam ruhda tərbiyə olunması, erkən nikahlar, boşanmalar, qeyri-rəsmi nikahlar və s. məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Komitə sədri qeyd etdi ki, yaz sessiyası ərzində komitənin ünvanına 149 məktub daxil olub, ərizə və şikayətlərin 69-u araşdırılmaq üçün aidiyyəti orqanlara göndərilib. Hesabat dövründə Milli Məclisdə 98 nəfər vətəndaş qəbul edilib.
"Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi haqqında məlumat verən Aqiyə Naxçıvanlı söylədi ki, sənəd Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim olunub. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və sənədə birinci oxunuşda konseptual baxımdan qiymət verilərək bəzi təkliflər nəzərə alınmaqla ikinci oxunuşda müzakirə olunması üçün qərar qəbul edilib: "Bu qanun layihəsi sosial sifarişin nəticəsidir. Uşaqların sosial həyatına və sağlamlığına ziyan vuran məsələlərlə bağlı müddəaların qanunvericilik aktlarında təsbit olunmasına böyük ehtiyac var. Ölkəmizdə uşaqlara qarşı zorakılıq hallarının, pis vərdişlərin, erkən nikahların, uşaqların cinsi və sui-istifadə istismarının aradan qaldırılması məqsədi ilə qanunvericilik təkmilləşdirilməli və uşaqlara valideynlərin, müəllimlərin, ümumilikdə ictimai və dövlət nəzarəti gücləndirilməlidir”.
Qanun layihəsi Azərbaycan Respublikasının Konstitusiyasına, "Uşaq hüquqları haqqında”, "İctimai Televiziya və və Radio Yayımı haqqında”, "Kütləvi İnformasiya Vasitələri haqqında” qanunlara, Uşaq Hüquqları Bəyənnaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq hazırlanıb. Sənəd uşaqların hüquq və azadlıqlarının, sağlamlığının və inkişafının qorunması, onların mənəviyyatına, psixi, fiziki, sosial inkişafına ziyan vuran informasiya məhsullarından müdafiə olunması sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir.
Deputatlar tərəfindən müsbət qarşılanan yeni qanun layihəsi ikinci oxunuş üçün Milli Məclisin plenar iclasına tövsiyə edildi.


Yasəmən MUSAYEVA,
"Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video