25 Sentyabr 2018 11:26
321
CƏMİYYƏT
A- A+

Azərbaycanlı gənclər Polşadakı Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər


Ermənistanın Polşadakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib. "İslahatçı Gənclər” İctimai Birliyi və Polşa Azərbaycanlıları Birliyinin təşəbbüsü ilə keçirilən aksiyada Ermənistanın işğalçılıq siyasətinə etiraz olunub.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, aksiya iştirakçıları olan gənclər Azərbaycan və ingilis dillərində "Xocalıya ədalət”, "Girovlarımızı azad et”, "Torpaqlarımızdan geri çəkil” kimi şüarlar səsləndiriblər.

Aksiyada çıxış edən "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, aksiyanın keçirilməsinə məqsəd Polşa və ümumilikdə Avropa ictimaiyyətinin diqqətini Ermənistanın təcavüzkar siyasətinə yönəltməkdir. O, Ermənistanın 27 ildən artıqdır Azərbaycan torpaqlarını işğalda saxladığını, mülki vətəndaşlarımıza qarşı dövlət səviyyəsində terror siyasəti apardığını deyib. F.Şahbazlı vurğulayıb ki, öz ata-babalarının məzarını ziyarətə gedən Dilqəm Əsgərov və Şahbaz Quliyev artıq 5 ildir erməni girovluğundadır və ağır işgəncələrə məruz qalırlar.

Birlik sədri eyni zamanda qeyd edib ki, 2 yaşlı Zəhranın timsalında onlarla azərbaycanlı mülki və günahsız şəxs Ermənistan ordusunun təxribatı nəticəsində şəhid olub: "Ancaq beynəlxalq birlik hələ də bu baş verənlərə susur. Biz dünya ictimaiyyətindən Ermənistanın təcavüzkar və terrorçu siyasətinə etiraz etməsini tələb edirik”.

Fərid Şahbazlı vurğulayıb ki, Ermənistanın yeni baş naziri təxribatçı xislətli Nikol Paşinyanın son sərsəmləmələri bir daha sübut etdi ki, terrorçuluq və işğalçılıq Ermənistanda dövlət siyasətidir: "Azərbaycanın güclü və qüdrətli ordusu var. Biz azərbaycanlı gənclər daim Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyirik”.

Polşa Azərbaycanlıları Birliyinin sədri Cavid Zeynalov isə bildirib ki, Ermənistanın təcavüzkar, mülki şəxslərə qarşı həyata keçirdiyi insanlığa sığmayan siyasətinə etiraz olaraq Avropada müxtəlif istiqamətli aksiyalar davam etdiriləcək.

Polşa polisi Ermənistan səfirliyinin çağırışı ilə aksiyanın qarşısını almağa gəlsə də, polislərə aksiyanın məqsədi, Ermənistanın mülki şəxslərə qarşı etdiyi vəhşiliklər, Xocalı soyqırımı barəsində məlumat verildikdən sonra onlar aksiyanın baş tutmasına mane olmayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video