25 Sentyabr 2018 10:35
327
İQTİSADİYYAT
A- A+

Əlcəzair Azərbaycan şirkətlərinin bu ölkənin enerji sektorunda iştirakında maraqlıdır


Azərbaycanın energetika naziri Pərviz Şahbazov OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclası çərçivəsində Əlcəzairin energetika naziri Mustafa Qituni və "Sonatrach” şirkətinin baş direktoru Abdelmumen Ould Kadurla görüşüb.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Əlcəzairin energetika naziri Mustafa Qituni ilə görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlığın inkişafı ətrafında fikir mübadiləsi aparılıb. Mustafa Qituni Azərbaycan şirkətlərinin Əlcəzairin enerji sektorunda iştirakına maraqlarını ifadə edib. Energetika naziri Pərviz Şahbazov isə iki ölkənin müvafiq nazirlikləri arasında Anlaşma Memorandumunun yekunlaşmaq üzrə olduğunu bildirib və Əlcəzairin energetika nazirini Azərbaycana səfərə dəvət edib. Qeyd edilib ki, müvafiq sənədin imzalanması enerji sektorunda çoxşaxəli əməkdaşlıq potensialını reallaşdırmağa töhfə verəcək.

Əlcəzairin milli enerji şirkəti "Sonatrach” şirkətinin baş direktoru Abdelmumen Ould Kadurla isə "Sonatrach” və SOCAR arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Görüşdə "SOCAR Trading” ilə "Sonatrach” şirkəti arasında neft məhsulları sahəsində, eləcə də "Neftqazelmitədqiqatlayihə" İnstitutu ilə əməkdaşlıq əlaqələrindən bəhs edilib. Nazir Azərbaycanın həyata keçirdiyi enerji layihələri və yaratdığı infrastrukturla qlobal enerji təhlükəsizliyinin təminatında oynadığı rolundan danışıb. "Sonatrach” şirkəti ilə əməkdaşlığın perspektiv istiqaməti kimi bərpa olunan enerji mənbələri üzrə təcrübə mübadiləsinin vacibliyini diqqətə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video