25 Sentyabr 2018 01:24
222
SİYASƏT
A- A+

Bakıda BMT-nin təşkilatı ilə birgə milli seminar keçirilir


Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası (DİMƏŞ) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə Bakıda milli seminar keçirilir. Seminar dayanıqlı ərzaq və kənd təsərrüfatının Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinin nail olunmasına töhfəsinin sürətləndirilməsi mövzusuna həsr olunub.

FAO-nun Azərbaycandakı tərəfdaşlıq və əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığı çox yüksək qiymətləndirdiyini deyib: "FAO Azərbaycanla 2016-2020-ci illəri əhatə edən əməkdaşlıq sazişi imzalayıb. Sazişə əsasən yaxın vaxtlarda layihələrə başlayacağıq. Bu layihələr üzərində 2 ildir işləyirik”.

Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov qeyd edib ki, Azərbaycan hökuməti kənd təsərrüfatının inkişaf etdirilməsinə xüsusi önəm verir: "Kənd təsərrüfatının inkişafı dayanıqlı inkişaf məqsədlərinin uğurla həyata keçirilməsi ilə bilavasitə bağlıdır. Azərbaycan əhalisinin 47 faizi kənddə yaşayır. Qidalanmanın yaxşılaşdırılması da məhz kənd təsərrüfatının inkişafı ilə əlaqələndirilir. Kənd təsərrüfatı məhsullarının istehsalı ümumi iqtisadi konsepsiyanın həyata keçirilməsində mühüm rol oynayır”.

Ölkəmizdə qeyri-neft sektoruna xüsusi diqqət yetirildiyini deyən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, bu sektorun əsas aparıcı sahələrindən biri aqrar sektordur. Azərbaycanın aqrar sahədə əldə etdiyi nailiyyətlər nümunəvi xarakter daşıyır.

Tədbirdə ölkəmizdə kənd təsərrüfatı, ərzaq, meşə təsərrüfatı və balıqçılıq fəaliyyətlərinin Azərbaycanda DİM-lərə nail olunması üçün verəcəyi töhfənin artırılması yolları və digər məsələlərin də müzakirə ediləcəyi nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video