25 Sentyabr 2018 01:22
277
İQTİSADİYYAT
A- A+

Payız kəndlinin fəslidir


Regionların sosial-iqtisadi inkişafı 3-cü Dövlət Proqramının icrası ilə bağlı Kürdəmirdə də nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçirilir. Əvvəlki dövrlərdə olduğu kimi, bu il də iqtisadiyyatın ayrı-ayrı sahələrində irəliləyişlər müşahidə edilir.

Cari ilin ötən dövründə ümumi məhsul buraxılışı 6,6 faiz artıb. 6 ayda rayonda 500 nəfər işlə təmin olunub. İş yerlərinin 474-ü daimidir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə ilin əvvəlindən Kürdəmir rayonunun 4 sahibkarına 42 min manat məbləğində kredit verilib.

Hazırda diqqət yetirilən sahələrdən biri də əhalinin özünəməşğulluq proqramına cəlb olunmasıdır. Bu məqsədlə təlim kurslarına başlanılıb. Həmin kurslarda 34 nəfər kənd təsərrüfatı və 3 nəfər xidmət sahələri üzrə biznes planlarını müdafiə edərək məqbul qiymət alıblar. Yaxın zamanlarda onlar biznes fəaliyyətinə başlamaq üçün aktivlərlə təmin olunacaqlar.

Kürdəmir rayonunda cari mövsüm 14 min hektarda yazlıq bitkilər əkilib və sahələrin becərilməsinə 20 mindən çox işçi cəlb olunub. Ötən illə müqayisədə qarğıdalı, soya, günəbaxan əkinlərinin sahəsi artırılıb. Rayonda tərəvəzin örtülü qruntlarda yetişdirilməsi də genişlənib. 8 hektaradək sahədə istixana təsərrüfatı yaradılıb. Bu təsərrüfatlarda 650 tondan çox xiyar və pomidor istehsal edilərək 210 tondan çoxu ixrac olunub.

İnvestisiya qoymaq məqsədi ilə sahibkarlar da bu sahəyə maraq göstərirlər. Hazırda "GEOTERMAL AGRO” MMC tərəfindən Mollakənd kəndi ərazisində 2,5 hektar sahədə termal sularla isidilən istixana tikilir.

Aqrar sektorun innovativ inkişafını təmin etmək də qarşıda duran məsələlərdəndir. Bu məqsədlə dövlət fonduna məxsus 14 min 650 hektar torpaq sahəsinin təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilərək həmin ərazilərdə 5 aqropark yaradılıb.

Müvafiq torpaqlar Prezidentin fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq əkin dövriyyəsinə daxil edilib. 5 sahibkara icarəyə verilib. Sahibkarlar öz vəsaitləri hesabına aqropark yaradıb mütərəqqi irriqasiya sistemləri və suvarma şəbəkələri quraraq taxılçılıq, pambıqçılıq və digər bitkiçilik sahələri ilə məşğul olacaqlar. Hazırda infrastrukturun yaradılması, suvarma şəbəkələrinin qurulması, saxlama anbarlarının və digər zəruri tikililərin inşası sahəsində işlər görülür.

Bu il aqroparklar tərəfindən 4 min hektaradək sahədə dənli bitkilər və 2040 hektarda pambıq və digər yazlıq əkinlər aparılıb. Həmin təsərrüfatların məhsuldarlıq göstəriciləri rayon üzrə orta göstəricilərdən xeyli yüksəkdir.

Cari il ərzində Kürdəmir ərazisində infrastruktur layihələri də diqqət mərkəzindədir. Şəhər əhalisinə içməli suyun verilməsi və çirkli suların axıdılması üçün tədbirlər görülür. Artıq şəhərin mərkəzi su xəttində siyirtmələr yenisi ilə əvəz olunub. Bir çox küçə və prospektdə, Xırdapay, Atakişili kəndlərində, Cənub və 69-cu məhəllələrində də su xətləri təmir edilib.

Əli SƏLİMOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video