25 Sentyabr 2018 00:46
631
İDMAN
A- A+

Dünya çempionatının Azərbaycan standartı


Bakı planetin ən mötəbər cüdo yarışına uğurla evsahibliyi edir


Azərbaycan dünyanın diqqətini cəlb edən və heyrətinə səbəb olan növbəti bir idman hadisəsinin - cüdo üzrə dünya çempionatının ev sahibidir. Artıq bir neçə gündür başlayan mötəbər yarışın ölkəmizdə yüksək səviyyədə keçməsi üçün yaradılan ideal nümunəvi şərait dünya ölkələrindən gəlmiş cüdoçuların özlərinin gücünü və bacarıqlarını nümayiş etdirməsi üçün arzu olunan bütün imkanları verir.

Bir sözlə, ölkəmiz yüksək təşkilatçılıqla və yaradılan şəraitlə dünya çempionatının Azərbaycan standartını müəyyənləşdirdi. Bunu cüdoçuların mətbuata verdikləri açıqlamalardan da aydın şəkildə görmək mümkündür.

Qadınlar arasında 63 kq çəki dərəcəsində dünya çempionu olan fransalı cüdoçu Klarisse Aqbeqnenu deyib ki, final qarşılaşması çox çətin keçsə də, özümü toparlayaraq qalib gəlməyi bacardım. Bu, mənim artıq üçüncü qızıl medalımdır: "Azərbaycan dünya çempionatına çox yüksək səviyyədə evsahibliyi edir. Təşkilatçılıq ən üst səviyyədədir. Dünya çempionatının keçirildiyi Milli Gimnastika Arenası isə möhtəşəmdir”.

Eyni fikirləri kişilər arasında 81 kq çəki dərəcəsində mübarizə aparıb qızıl medal qazanan İran cüdoçusu Saeid Mollaei də deyib. Bildirib ki, Bakı onun xatirəsində unudulmaz izlər qoyub: "Sevincimin həddi-hüdudu yoxdur. İlk növbədə ona görə ki, dünya çempionu oldum. Bu gün ən böyük arzum reallaşdı. Yarışa çox yaxşı hazırlaşmışdım. Sonuncu qarşılaşmada işlətdiyim fəndi öncədən düşünmüşdüm. Bu gün yaxşı güləşdim. Fəxr edirəm ki, azərbaycanlıyam. Mənim anam azərbaycanlıdır. Azərbaycan yüksək təşkilatçılığa və idmana göstərilən diqqət və qayğıya görə dünyanın bir çox aparıcı ölkələrinə nümunədir”.

Məlumat üçün qeyd edək ki, sentyabrın 23-də Bakıda keçirilən cüdo üzrə dünya çempionatının dördüncü günündə yeddi ölkə təmsilçisi fəxri kürsüdə yer alıb. Qadınlar arasında 63 kiloqram çəki dərəcəsində Klarisse Aqbeqnenu (Fransa) qızıl, Miku Taşiro (Yaponiya) gümüş, Tina Trstenjak (Sloveniya) və Cuul Franssen (Hollandiya) bürünc medal qazanıb.

Kişilər arasında 81 kq çəki dərəcəsində dünya çempionu İran cüdoçusu Saeid Mollaei olub. Yaponiya idmançısı Sotaro Fucivara ikinci yeri tutub. Türkiyəli Vedat Albayraq və Almaniya təmsilçisi Aleksandr Vieczerzak turniri üçüncü pillədə başa vurublar.

Dünən isə kişilər arasında 90 kq, qadınlar arasında 70 kq çəki dərəcələrində yarışlar keçirilib. 90 kq çəkidə çıxış edən millimizin üzvü Məmmədəli Mehdiyev ilk görüşünü qələbə ilə başa vurub. Belarus idmançısı Viktor Kliavusaunu "qızıl xal”la məğlub edərək növbəti mərhələyə adlayan təmsilçimiz macarıstanlı Kristian Totha uduzaraq mübarizəni dayandırıb.

Kişilərin final qarşılaşmasında kubalı İvan Felipe Silva Morales İspaniya idmançısı Nikoloz Şerazadişvili ilə üz-üzə gəlib. Rəqibini "qızıl xal”la məğlub edən Avropa çempionatının ispaniyalı mükafatçısı ilk dəfə dünya çempionu ünvanına sahib olub. Yaponiyalı Kenta Naqasava və Fransa cüdoçusu Aksel Klerqet çempionatın bürünc medalını qazanıblar.

Qadınların mübarizəsində Fransa təmsilçisi Marie Yeva Qahieni məğlub edən yaponiyalı Çizuru Arai ikiqat dünya çempionu olub və komandasının hesabına beşinci qızıl medalı yazdırıb. Kolumbiyalı üçqat dünya çempionu, Olimpiya Oyunlarının mükafatçısı Yuri Alvear və Yaponiya təmsilçisi Yoko Ono turniri bürünc medalla başa vurublar.


Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video