24 Sentyabr 2018 23:33
161
SİYASƏT
A- A+

Y.Kuyvaşev: Dövlət başçılarının görüşləri əməkdaşlığın yeni istiqamətlərinin daha fəal axtarışı üçün siqnaldır

Dövlət başçılarının iştirakı ilə IX Rusiya-Azərbaycan Regionlararası Forumu ərəfəsində Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev Azərbaycan Respublikasının Yekaterinburqdakı baş konsulu İlqar İsgəndərovla görüşüb.

Baş konsulluqdan AZƏRTAC-ın müxbirinə bildirilib ki, görüşdə Orta Ural və Azərbaycanın əməkdaşlığının genişləndirilməsinin perspektiv istiqamətləri müzakirə edilib.

Region rəhbərinin fikrincə, bu il sentyabrın əvvəlində iki ölkənin prezidentləri arasında imzalanmış hökumətlərarası və kommersiya sənədləri paketi regionlararası tərəfdaşlıq üçün də yaxşı perspektivlər açır. Bu yolda ilk addımlar Sverdlovsk vilayəti və Azərbaycan arasında əməkdaşlıq sazişi, qarşıdan gələn forum çərçivəsində rəsmi və işgüzar danışıqlar, habelə humanitar layihələr və bələdiyyə əlaqələri olacaq.

"Bizim tərəfdaşlığın tarixi bir çox gözəl səhifələrə malikdir. Yüksək səviyyədə razılaşmalar tərəflərin qarşılıqlı əlaqəyə və dost münasibətlərinin dərinləşməsinə birgə marağından xəbər verir. Dövlət başçılarının görüşünü regionlar səviyyəsində də əməkdaşlığın yeni istiqamətlərinin daha fəal axtarışı üçün siqnal kimi qiymətləndirirəm. Sverdlovsk vilayəti baş konsulluqla birlikdə yeni layihələrə və konstruktiv işə hazırdır”, - deyə qubernator bildirib.

İ.İsgəndərov qubernatorun təşəbbüslərini dəstəkləyib və dövlətlərin ortaq tarixinə, onların vətəndaşları arasında qarşılıqlı anlaşmaya əsaslanan əməkdaşlıq imkanlarını yüksək qiymətləndirib.

"Rusiya ilə münasibətlər Azərbaycan üçün xüsusilə önəmlidir, çünki biz bir ölkə olmuşduq və qlobal məsələlərin həllində biz həmişə bir yerdəyik. Sverdlovsk vilayəti ilə əməkdaşlıq yaxın dostluq xarakteri daşıyır. Söhbət regionlararası tərəfdaşlıqdan gedəndə bizim ilk söz açdığımız Sverdlovsk vilayəti olur”, - deyə diplomat bildirib.

O, həmçinin 2014-cü ildə qubernatorun başçılığı altında nümayəndə heyətinin Bakıya səfərindən və Yevgeni Kuyvaşevin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra ikitərəfli əlaqələrin yeni impuls aldığını qeyd edib. İlqar İsgəndərov sentyabrın 27-də Bakıda açılacaq forumda Sverdlovsk vilayətinin nümayəndə heyətinə uğurlu iş arzulayıb.

2018-ci ilin birinci yarısında Sverdlovsk vilayəti və Azərbaycan Respublikası arasında əmtəə dövriyyəsi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə iki dəfədən çox artıb və 54 milyon ABŞ dolları təşkil edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video