24 Sentyabr 2018 23:31
229
SİYASƏT
A- A+

Qriqori Trofimçuk: Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır


Rusiya-Azərbaycan münasibətləri inkişaf edir və bütün istiqamətlər üzrə möhkəmlənir. Bunu AZƏRTAC-a müsahibəsində Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana qarşıdakı səfərini şərh edərkən xarici siyasət, müdafiə və təhlükəsizlik məsələləri üzrə rusiyalı ekspert Qriqori Trofimçuk söyləyib.

Ekspert qeyd edib ki, yüksək səviyyəli görüşdə regionlararası əməkdaşlıq məsələsinin diqqət mərkəzində olacağı gözlənilir. "Artıq son görüşlərdə əldə olunmuş strateji, ilk növbədə, hərbi-texniki sahədə razılaşmalardan sonra mövcud inteqrasiya proseslərinin əsasında yenilərinin yaradılması ilə məşğul olmaq lazımdır. Bu məqsədlə Rusiya və Azərbaycan prezidentləri tərəfindən biznes nümayəndələrindən ibarət böyük qrup yaradılıb”, - deyə Q.Trofimçuk əlavə edib.

"Bu cür genişmiqyaslı danışıqlar Qarabağ probleminin müzakirəsi olmadan mümkün deyil. Zənnimcə, bunun üçün maraqlı məqam yaranır. Artıq bütün Cənubi Qafqazda, xüsusilə Ermənistanda cərəyan edən hadisələri nəzərə almaqla yeni şərait yetişib. Növbəti mərhələyə keçmək zəruridir. Bunun üçün, bütün ekspertlərin qeyd etdikləri kimi, danışıqlar formatı da daxil olmaqla bütün məsələlərdə ziddiyyətli görünən "yeni” Yerevanla danışıqlara Bakının necə gedəcəyini anlamaq lazımdır. Bu məsələ indi hər iki paytaxt - Bakı və Yerevan üçün problemdir. Nikol Paşinyanın arxasında kimin olduğu tam aydın deyil. Biz onun ABŞ-da görüşlərinin necə keçdiyini görürük. Bir sözlə demək olar ki, bəzi müşahidəçilərin yazdığı kimi, Rusiya rəhbərliyinin Azərbaycana səfəri sadəcə cavab xarakteri daşımır. O, formal səfər də deyil. İndi, sadəcə biri-birini ziyarət etmək vaxtı və şəraiti deyil. Bu kontekstdə bütün Cənubi Qafqaz regionunun təhlükəsizliyi fonunda Rusiya-Azərbaycan münasibətləri təkcə strateji deyil, həm də fundamental xarakter alır. Üstəlik, unutmaq olmaz ki, xüsusən Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasından sonra Azərbaycan Mərkəzi Asiya və Cənubi Qafqaz, hətta bütün Qafqaz arasında zəncirin əsas halqasıdır”, - deyə ekspert vurğulayıb.

Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Nyu-Yorkda keçiriləcək görüşünə toxunan Q.Trofimçuk qeyd edib ki, bu görüş Qarabağ probleminin nizama salınması üzrə danışıqlar formatının gələcəkdə necə davam edəcəyini anlamağa kömək edəcək. "Bu məsələ indiyədək tam aydın deyil və yəqin ki, nazirlərin görüşü vəziyyətə aydınlıq gətirəcək”, -deyə ekspert sözlərinə yekun vurub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video