24 Sentyabr 2018 21:03
665
Mədəniyyət
A- A+

Bakı Musiqi Akademiyasında növbəti konsert unudulmaz sənətkar Firəngiz Əhmədovanın xatirəsinə ithaf edilib

Sentyabrın 24-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) görkəmli müğənni, Xalq artisti Firəngiz Əhmədovanın 90 illiyinə həsr edilmiş konsert proqramı təqdim edilib.

AZƏRTAC xəbər verir ki, konsert proqramı Mədəniyyət Nazirliyi, "Mədəniyyət” kanalı və Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə reallaşıb.

Üzeyir Hacıbəyliyə həsr edilmiş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil edilən konsertdə AzTV-nin Niyazi adına Simfonik Orkestrinin müşayiəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri - Azər Zeynalov, Nərgiz Kərimova, Gülnaz İsmayılova, Afaq Abbasova, Fəridə Məmmədova, İlahə Əfəndiyeva, İnarə Babayeva, Çinarə Şirin, Zemfira İsmayılova, Taleh Yəhyayev və Qərinə Kərimova çıxış ediblər. Konsert çərçivəsində "Koroğlu” operasından Nigarın, "Arşın mal alan” operettasından Gülçöhrənin, "Nərgiz” operasından Nərgizin, "Sevil” operasından Sevilin, "Vaqif” operasından Xuramanın, "Aida” operasından Aidanın, "Karmen” operasından Karmenin ariyaları və digər musiqi parçaları səsləndirilib.

Təqdim edilən konsert proqramı maraqla qarşılanıb.
Qeyd edək ki, lirik-dramatik soprano səs tembrinə malik müğənni F.Əhmədova 1950-1970-ci illərdə Akademik Opera və Balet Teatrının səhnəsində uğurla çıxış edib. O, Üzeyir Hacıbəylinin "Koroğlu” operasında Nigar, Müslüm Maqomayevin "Şah İsmayıl”ında Gülzar, "Nərgiz”də Nərgiz, Fikrət Əmirovun "Sevil”ində Sevil və başqa partiyaların mahir ifaçılarından olub. Müasir Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrindən olan Firəngiz Əhmədovanın milli musiqimizin inkişafında mühüm xidmətləri var. Özünün unikal tembrli, geniş diapazonlu, güclü və məlahətli səsi ilə seçilən sənətkar klassik opera səhnəmizin ilk qadın ifaçılarından biri idi. Onun yaradıcılığı yüksək ifaçılıq qabiliyyəti və orijinal aktyorluq məharəti ilə səciyyələnərək ölkəmizin vokal sənəti tarixində silinməz izlər qoyub. F. Əhmədova opera səhnəmizdə Azərbaycan və dünya klassiklərinin şah əsərlərində aparıcı partiyaların mahir ifaçısı kimi şöhrət tapıb, musiqi salnaməmizə yeni parlaq səhifələr yazmağa müvəffəq olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video