Alternative content

05:21 11 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
00:25 11.08.2020 Elm xadimlərinə qayğı
00:21 11.08.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub
Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub
ANA SƏHİFƏ / Səfərlər
17:36 24.09.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 24-də ölkəmizə işgüzar səfərə gələn Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Monqolustan Prezidentini qarşıladı.
Sonra birgə foto çəkdirildi.
Daha sonra dövlət başçılarının görüşü oldu.
Monqolustan Prezidenti Xaltmaaqiyn BATTULQA dedi:
-Cənab Prezident, bizim bir çox vətəndaşlarımız, xüsusilə idmançılarımız, güləşçilərimiz Bakıdakı çempionatda iştirak edirlər. Onların hamısı böyük məmnuniyyətlə qeyd edirlər ki, ölkəniz möhtəşəm inkişaf edir. Onlar bunu öz gözləri ilə görürlər. Biz yerə enərkən təyyarədən görünürdü ki, siz çoxlu ağac əkmisiniz, çox təmiz küçələriniz var, çoxlu sayda müasir binalar, idman qurğuları inşa edilib. Bütün bunlar daha çox gəncin idmana yiyələnməsi üçündür və bu, böyüyən nəslin tərbiyəsinə müsbət təsir göstərir.
Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:
-Cənab Prezident, Sizi görməyimə çox şadam. Azərbaycana xoş gəlmisiniz.
Seçkilərdə qələbə münasibətilə məni təbrik etmək üçün zəng vuranda söhbət zamanı biz Bakıda görüşməklə bağlı razılığa gəldik. Mən Sizi dəvət etdim. Şadam ki, Siz Bakıya gəlmisiniz. Siz tanınmış cüdoçusunuz, buna görə də yarışları izləmək Sizin üçün maraqlı olacaq.
Bu görüş bizim ikitərəfli gündəliyimizi, əməkdaşlığımızı gücləndirmək, o cümlədən idman sahəsində qarşılıqlı fəaliyyəti inkişaf etdirməklə bağlı bir çox məsələlərə dair fikir mübadiləsi aparmaq üçün yaxşı fürsətdir. Siz qeyd etdiniz ki, burada çox idman qurğuları var. Bu, belədir. Biz son zamanlar çoxlu idman obyektləri, stadionlar inşa etmişik və nəticələr çox yaxşıdır. Bizim idmançılarımız Rio de Janeyrodakı Olimpiadada 18 medal qazanıblar və idmanın bir çox növlərində, o cümlədən cüdoda da yaxşı nəticələr göstərirlər. Bir daha xoş gəlmisiniz. Mən əminəm ki, Azərbaycana səfəriniz Sizin üçün xoş olacaq.
Görüşdə iqtisadi, kənd təsərrüfatı, ticarət, investisiya, turizm, informasiya-kommunikasiya texnologiyaları, tranzit daşımalar, humanitar, təhsil, xalçaçılıq və Monqolustan tərəfinin Azərbaycan peykinin imkanlarından istifadəsi və "ASAN xidmət” təcrübəsinin bölüşülməsi ilə bağlı məsələlər müzakirə olundu.
Söhbət zamanı, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.
Sonda xatirə şəkli çəkdirildi.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM