24 Sentyabr 2018 17:11
271
DÜNYA
A- A+

OPEC neftin qiymətini ucuzlaşdırmağa qarşı çıxdı


Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) üzvləri və Birliyə daxil olmayan dövlətlərin nümayəndələri neftin qiymətinin aşağı salınmasına yönəlmiş tədbirlərə qarşı çıxmışlar. Bu barədə Əlcəzairdə keçirilmiş görüşün iştirakçılarının birgə bəyanatında məlumat verilir.

Sentyabrın 20-də ABŞ Prezidenti Donald Tramp OPEC-dən neftin qiymətini aşağı salmağı tələb etmişdi. Amerika lideri dəfələrlə bu cür bəyanatlarla çıxış etmiş və Səudiyyə Ərəbistanını neft hasilatını artırmağa çağırmışdı.

Görüş iştirakçıları güman edirlər ki, belə bir addım artan təklif üzündən qiymətin aşağı düşməsinə gətirib çıxaracaq. Onlar neft bazarında tələblə təklif arasında sağlam tənasübü xüsusi qeyd etmişlər.

Yekun sənəddə vurğulanır ki, bazarda disbalansa yol verməmək üçün xüsusi komitə 2019-cu il üçün proqnozu öyrənəcək və gələn ilin hasilat səviyyəsi variantlarını təqdim edəcək.

Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əbdüləziz Falih qeyd etmişdir ki, OPEC-in üzvləri tələbın artacağı, yaxud bazarda kəsir yaranacağı təqdirdə işə salmağa hazır olduqları sərbəst imkanların mövcudluğunu nümayiş etdirmişlər. Bununla yanaşı, nazir bildirmişdir ki, OPEC-in 2019-cu ildə fəaliyyəti barədə danışmaq hələ tezdir.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video