24 Sentyabr 2018 12:45
532
Mədəniyyət
A- A+

Minsk şəhərində “Bakı Bulvarı”


Belarusun paytaxtı Minskdə "Bakı Bulvarı” devizi altında Azərbaycan musiqi və mədəniyyəti festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, Belarus Azərbaycan İcmaları Konqresinin və Minsk şəhər meriyasının təşkilatçılığı, bu ölkədə fəaliyyət göstərən səfirliyimizin və Azərbaycan Ticarət Evinin dəstəyi ilə reallaşan tədbirdə xalqımızın qədim adət-ənənələri, zəngin mədəniyyəti geniş nümayiş etdirilib.
Minsk şəhərinin mərkəzində keçirilən Azərbaycan musiqi və mədəniyyəti festivalında gün ərzində xalqımızın qədim adət-ənənələri, zəngin mədəniyyəti, milli yeməkləri və ölkəmizdə istehsal olunan müxtəlif çeşidli məhsullar yerli ictimaiyyətə təqdim olunub.
Belarusun dövlət və hökumət rəsmilərinin, mədəniyyət və incəsənət xadimlərinin, diaspora və media təmsilçilərinin iştirak etdiyi tədbirdə Minsk şəhər meriyasının mədəniyyət departamentinin rəhbəri Vitalina Rudzikova, Azərbaycanın Belarusdakı səfirliyinin müşaviri Zülfüqar Tanrıverdiyev, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Elçin Soltanov, Belarus Azərbaycan İcmaları Konqresinin sədr müavini Vüqar Yusifov və digər şəxslər çıxış edərək Azərbaycan ilə Belarus arasındakı tarixi dostluq əlaqələrindən söz açıblar. İkitərəfli mədəni əlaqələrin inkişaf etdirilməsində Belarus Azərbaycan İcmaları Konqresinin müstəsna rol oynadığını vurğulayan natiqlər, Azərbaycanın zəngin mədəniyyətinin və milli ,mənəvi dəyərlərinin Belarus ictimaiyyətinə çatdırılmasında belə tədbirlərin xüsusi əhəmiyyət daşıdığını bildiriblər.
V.Rudzikovanın deyib: "Bu il üçüncü ildir ki, şəhərimizin sakinləri böyük məmnuniyyətlə Azərbaycan xalqının milli adət-ənənələri, zəngin mədəniyyəti və musiqi inciləri ilə tanış olurlar. Həqiqətən də tədbirdə milli mətbəxiniz, ölkənizdə istehsal olunan məsulların sərgisi, xüsusən də Bakıdan gəlmiş müğənnilərin rəngarəng konsert proqramları böyük maraq və coşqu ilə qarşılanır. Əminəm ki, bayram tədbiri Azərbaycanla Belarus arasındakı dostluq və qardaşlıq əlaqələrinin növbəti təntənəsi kimi tarixə yazılacaq”.
Festivalda iştirak edən Belarusun aparıcı televiziya kanalları və media qurumları isə Azərbaycanın zəngin mədəniyyətini özündə əks etdirən maraqlı reportajlar yayımlayıblar.
Tədbirə gələnlər Azərbaycanın milli yeməklərindən dadıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video