24 Sentyabr 2018 12:23
300
DÜNYA
A- A+

Vyetnam hökuməti prezidentin ölümü ilə bağlı ölkədə matəm elan edib


Vyetnam hökuməti ölkə prezidenti Çan Day Kuanqın vəfatı ilə əlaqədar sentyabrın 26-27-də ümummilli matəm elan edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, matəm günləri ölkədə milli bayraqlar endiriləcək, bütün əyləncəli tədbirlər ləğv olunacaq, televiziya kanalları, radio stansiyalar və mədəniyyət müəssisələri öz proqramlarına dəyişikliklər edəcək.
Sentyabrın 26-da prezidentin nəşi Milli Müdafiə Nazirliyinin dövlət matəm zalına qoyulacaq. Dəfn mərasimi sentyabrın 27-də mərhum siyasətçinin doğma kəndində - ölkənin şimalında yerləşən Ninbin əyalətinin Kimşon bələdiyyəsində keçiriləcək.
Xatırladaq ki, Vyetnam Prezidenti Çan Day Kuanq ötən həftə müalicəsi mümkün olmayan nadir virus xəstəliyindən vəfat edib. O, ölkəyə 2016-cı ildən rəhbərlik edirdi və beş il müddətinə prezident seçilmişdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video