23 Sentyabr 2018 00:15
382
SİYASƏT
A- A+

Kristina Marti Lanq: “İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur”


Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov Bern şəhərində İsveçrənin xarici işlər üzrə dövlət katibinin müavini xanım Kristina Marti Lanq ilə Berndə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə İsveçrə rəsmisi iki ölkə arasında çox yaxşı əlaqələrin mövcud olduğunu bildirib, Azərbaycan və İsveçrə prezidentlərinin Davos Dünya İqtisadi Forumu çərçivəsində görüşlərini və mütəmadi dialoqunu yüksək qiymətləndirib.

Xələf Xələfov öz növbəsində iki ölkə arasında siyasi dialoqun aparılmasını və təmasların həyata keçirilməsini, o cümlədən mütəmadi olaraq XİN-lərarası siyasi məsləhətləşmələrin və ikitərəfli yüksək səviyyəli səfərlərin vacibliyinə diqqət çəkib.

Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinə toxunan X.Xələfov bildirib ki, münaqişənin sülh yolu ilə həlli BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi və işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsindən keçir. Bununla belə, Ermənistanın hazırkı siyasi rəhbərliyi münaqişənin sülh yolu ilə həllinə konstruktiv mövqe göstərmək əvəzinə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının möhkəmləndirilməsi məqsədini daşıyan, bir-birinə zidd siyasi bəyanatlarla çıxış edir və bu da sülh danışıqlarına yönəlmiş səyləri pozur, bölgədə mövcud olan zərif sabitliyə və təhlükəsizliyə təhdid yaradır. Hadisələrin bu kontekstdə inkişafına və onun təhlükəli nəticələrinə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.

Görüşdə, eyni zamanda, Azərbaycan və İsveçrə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensialın olduğu vurğulanıb. Xüsusilə qeyri-neft sektoru, sənaye, nəqliyyat-kommunikasiya, kənd təsərrüfatı, əczaçılıq, turizm sahələrində həyata keçirilən milli və regional layihələrdə İsveçrə şirkətləri iştirak etməyə dəvət edilib. Bundan başqa, peşə təhsili sahəsində əməkdaşlıq imkanları da müzakirə edilib.

Görüşdə Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın imzalanmasının regional və beynəlxalq əhəmiyyəti qeyd edilib, Xəzər dənizi vasitəsilə həyata keçirilən Şərq-Qərb nəqliyyat dəhlizi layihəsinin həm regional, həm beynəlxalq səviyyədə yaratdığı imkanlar, həmçinin ölkəmizin təşəbbüsü ilə həyata keçirilən beynəlxalq enerji layihələri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Xanım İbrahimova da iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video