22 Sentyabr 2018 19:31
886
DÜNYA
A- A+

NASA teleskopu iki planet kəşf edib

ABŞ-ın Florida ştatındakı Kanaveral burnunda yerləşən kosmodromdan beş ay əvvəl fəzaya göndərilmiş planet axtaran orbital teleskop Günəş sisteminin xaricində iki yeni planet kəşf edib.

AZƏRTAC "Reuters” agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) tranzit planet kəşfiyyatçı teleskopu (TESS) hər biri Günəş sistemindən 49 və 60 işıq ili uzaqlıqda "Qızmar Yer” və "Super Yer” planetlərini kəşf edib. Bundan başqa, 337 milyon dollar vəsait xərclənmiş TESS Yerin ətrafındakı ulduzlar arasında cırtdan planetləri də aşkar edib.

Layihənin elmi direktorunun müavini Sara Siger jurnalistlərə bildirib ki, astronomlardan ibarət qrup TESS-dən yeni kəşflər gözləyir. Onun sözlərinə görə, gecənin qaranlığında səmada işıq saçan minlərlə göy cisminin öyrənilməsinə ehtiyac var.

TESS-in sələfi olmuş "Kepler” teleskopu son 20 il ərzində 3700 cırtdan planet kəşf edib və yanacağı bitdikdən sonra sıradan çıxıb. NASA-nın yeni proqramına Yerin ölçüsünə yaxın və daha böyük planetlərin aşkar edilməsi, onlarda həyat ehtimalının olması üzrə tədqiqatlar daxil edilib. Alimlər TESS-in sayəsində 100-dən çox qayalıq səthi olan kiçik planetin kataloqunun hazırlanacağına ümid edirlər.

Yeni kəşf olunmuş "Super Yer” planeti Günəş sistemindən 60 işıq ili uzaqda olmaqla hər 6,3 gündən bir onun orbitinə yaxınlaşır. Günəş sistemindən 60 işıq ili uzaqda olan "Qızmar Yer” planeti isə hər 11 saatdan bir orbitin yaxınlığından keçir. NASA-nın TESS üzrə proqram tədqiqatçısı olan Martin Spill hesab edir ki, bu planetlərin səthində su ola bilər. Onun sözlərinə görə, astronomlar kəşf olunan yeni planetlər üzərində geniş tədqiqatlar aparacaqlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video