22 Sentyabr 2018 15:01
306
DÜNYA
A- A+

ABŞ Venesuelaya təzyiqi artıracaq


ABŞ Venesuelaya təzyiqi gücləndirməyi planlaşdırır. Bu barədə dövlət katibi Mayk Pompeo "Fox News” telekanalına müsahibəsində bildirmişdir.

Pompeo qeyd etmişdir ki, "yaxın günlərdə Venesuela rəhbərliyində xalqın maraqlarına zidd hərəkət edən adamlara təzyiqin səviyyəsini artıracaq bir sıra addımlar görəcəksiniz”. Eyni zamanda o, söhbətin Venesuela hökumətinə, ilk növbədə Prezident Nikolas Maduroya qarşı ABŞ-ın yeni sanksiyalarından gedib-getmədiyini dəqiqləşdirməmişdir. "Biz təminat vermək niyyətindəyik ki, Venesuela xalqı öz fikrini ifadə edə bilməlidir” deyə dövlət katibi əlavə etmişdir.

Bundan əvvəl "The Nyu York Times” qəzeti xəbər vermişdi ki, ABŞ hökumətinin nümayəndələri venesuelalı hərbçilərlə Maduronun devrilməsi barədə danışıqlar aparmışlar. O vaxt Karakas Vaşinqtonun hərəkətlərini tənqid etmişdi.

Venesuelada dərin iqtisadi böhran davam edir. BMT-nin məlumatına görə, artıq 2,3 milyon nəfər ölkəni tərk etmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video