22 Sentyabr 2018 13:58
308
SİYASƏT
A- A+

XİN: KTMT baş katibinin Ermənistan-Azərbaycan münaqişəsinə dair açıqlama verməsi təşkilatın mandatından kənardır


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin vəzifə səlahiyyətindən sui-istifadə edərək Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı açıqlama verməsi təşkilatın mandatından kənar xarakter daşıyır. Ermənistan vətəndaşlığını daşıyan baş katibin açıqlaması subyektiv və qərəzlidir və Ermənistan istisna olmaqla, üzv dövlətlərin münaqişə ilə bağlı mövqeyi ilə ziddiyyət təşkil edir.

AZƏRTACxəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasında yer alıb.
Açıqlamada deyilir ki, təşkilatın baş katibi Ermənistan silahlı qüvvələri tərəfindən iki ölkənin sərhədi boyunca Azərbaycan ərazilərinin, o cümlədən mülki insanlar və obyektlərin müxtəlif silahlardan davamlı olaraq atəşə tutulması faktının üzərindən sükutla keçir. Hərbi ritorikadan danışan baş katibə Ermənistan baş nazirinin vəziyyətin gərginləşməsinə və danışıqlar prosesinin pozulmasına xidmət edən cəfəng və ziddiyyətli açıqlamaları ilə tanış olmağı tövsiyə edirik.
Qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca gərginliyin yaranmasının səbəbi Azərbaycan ərazilərinin işğalının davam etdirilməsi və Ermənistan qoşunlarının ölkəmizin işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğudur.

Baş katibə xatırlatmaq istərdik ki, KTMT-nin beynəlxalq hüquqi əsasını təşkil edən və 2010-cu il dekabrın 10-da yeniləşdirilmiş Kollektiv Təhlükəsizliyə dair Müqavilənin 1-ci bəndinə uyğun olaraq iştirakçı dövlətlər dövlətlərarası münasibətlərdə güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməkdən çəkinmək barədə öhdəliklərini bir daha təsdiq ediblər.
Üzv dövlət olan Ermənistanın Azərbaycana qarşı yürütdüyü hərbi təcavüz və işğalçılıq siyasəti KTMT-nin əsasını təşkil edən hüquqi sənədlərlə belə ziddiyyət təşkil edir.

KTMT-nin baş katibi həqiqətən gərginliyin aradan qaldırılmasında maraqlıdırsa, onda üzv dövlət olan Ermənistan qoşunlarının BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməsi faydalı olardı.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video