22 Sentyabr 2018 13:46
1067
PARLAMENT
A- A+

Favzi Daoud: Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir


Sentyabrın 22-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan İordaniya parlamentinin nümayəndələri ilə görüşüb.
AZƏRTACxəbər verir ki, görüşdə iki ölkə arasındakı əməkdaşlıq məsələləri müzakirə edilib.
Ziyafət Əsgərov deyib ki, Azərbaycan-İordaniya siyasi əlaqələri yüksək səviyyədədir. Prezident İlham Əliyevin İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn ilə dostluq və qardaşlıq əlaqələri var. Bu münasibətlər bizim ikitərəfli münasibətlərin digər sahələrdə də inkişaf etdirilməsi üçün yaxşı örnəkdir. İordaniya Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını hər zaman dəstəkləyir. İordaniya Senatı Xocalı soyqırımını tanıyıb. Çox istərdik ki, Nümayəndələr Palatasında da bu məsələyə baxılsın və müvafiq qərar verilsin.
Milli Məclis sədrinin birinci müavini dövlətlərimiz arasında iqtisadi, ticari, humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib. Diqqətə çatdırıb ki, xüsusilə təhsil, turizm, səhiyyə sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün hər iki dövlətin yaxşı potensialı mövcuddur. O, ölkələrimiz arasında əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
İordaniya parlamentinin deputatı Favzi Daoud dövlətlərimizin dost və qardaş ölkələr olduğunu söyləyib. Azərbaycan parlamentinin yaranmasının 100 illiyi münasibətilə təbriklərini çatdıran Favzi Daoud yubiley tədbirinin yüksək səviyyədə təşkil edildiyini deyib. "Biz parlament nümayəndələri olaraq İordaniya ilə Azərbaycan arasında yaxşı əlaqələrin olduğunu bilirik. Bu münasibətlərin əsası Kral II Abdullah ibn Al Hüseyn və Prezident İlham Əliyev tərəfindən qoyulub. Biz bu əlaqələrin necə dərin xarakter daşıdığını görürük. Ölkələrimizin parlamentləri arasında da yaxşı əməkdaşlıq mövcuddur”, - deyə Favzi Daoud bildirib.
İordaniyalı deputat bildirib ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın belə yüksək səviyyədə inkişaf etməsi çox sevindiricidir.
Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video