Ücretsiz php script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış Hacklink satış

Alternative content

13:54 15 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
ANA SƏHİFƏ / PARLAMENT
13:45 22.09.2018

Sentyabrın 22-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Rusiya Dövlət Duması sədrinin müavini Sergey Neverovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Azərbaycan ilə Rusiya arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib. Qeyd edib ki, hər iki ölkənin parlamentləri arasındakı əlaqələrimiz də yüksək səviyyədədir.
Sergey Neverov Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinin adından Azərbaycan parlamentinin yaranmasının 100 illiyi münasibətilə təbriklərini çatdırıb. O, belə bir əlamətdar vaxtda ölkəmizdə olmaqdan məmnunluğunu ifadə edib.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, komitə sədri Əli Hüseynli və digər rəsmi şəxslər iştirak ediblər.