21 Sentyabr 2018 22:00
281
SİYASƏT
A- A+

Paşinyanın hiyləgər planı

Nikol Paşinyanın noyabrda istefa verərək noyabr-dekabr aylarında Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsini planlaşdırdığına dair erməni KİV-də məlumatlar yayılıb.

Analitik Ehtiram Aşırlı məsələni AZƏRTAC-a şərh edərkən Paşinyanı buna vadar edən səbəbdən danışıb. O deyib: "Təbii ki, N.Paşinyan çox gözəl başa düşür ki, istər daxili, istərsə də xarici siyasətdə yanlış qərarlar alması və addımlar atması onun hakimiyyətdəki mövqeyinin zəifləməsinə gətirib çıxarıb. Həmçinin öz tərəfdaşlarının da ondan uzaqlaşdığını görən N.Paşinyan belə bir addım atmaq qərarına gəlib. Bununla da N.Paşinyanın hiyləgər planını reallaşdırmağa başladığını söyləyə bilərik. Ermənistanın baş naziri başa düşür ki, indiki şəraitdə konstitusiya dəyişikliklərinin həyata keçirilməsinə nail ola bilməyəcək. Çünki parlamentdə üstünlük təşkil edən "Respublikaçılar” partiyasının onun lehinə səs verməsi gözlənilmir. Bununla yanaşı, N.Paşinyanın baş nazir seçilməsinə dəstək olan parlamentdəki fraksiyaların da ona dəstək olması sual altındadır. Buna səbəb sentyabrın 23-də keçirilməsi planlaşdırılan İrəvan meri seçkiləri ərəfəsində Paşinyanla onu dəstəkləyən fraksiyalar arasında fikir ayrılığının yaranmasıdır. Beləcə, parlamentdə mövcud olan həmin fraksiyaların nümayəndələri onu sərt tənqid etməyə başlayıblar. Bunu görən Ermənistanın baş naziri istefa verərək xalqdakı inqilabi əhval-ruhiyyənin soyumağa başlamadan yenidən parlament binasının qarşısında etirazlara başlamaq niyyətindədir. "Respublikaçılar” partiyasının başqa bir namizəd irəli sürərək onu baş nazir edə bilməməsi üçün Paşinyanın əsas məqsədi parlament binası qarşısında mitinqlər təşkil edərək ən azı 2 həftə ərzində yeni iclasın keçirilməsinə mane olmaqdır. O, belə bir addım atmaqla "Respublikaçılar” partiyasını sıxışdırmağa və hərəkət fəaliyyətlərini məhdudlaşdırmağa çalışır.

"Əvvəla onu qeyd edim ki, Ermənistanda konstitusiya qaydalarına əsasən baş nazir istefa verdikdən dərhal sonra parlament iki həftə ərzində yeni namizəd təklif edib baş nazir seçmək hüququna malikdir. Paşinyanın atacağı belə bir addım isə böyük ehtimalla onun əleyhinə nəticələnəcək. Çünki Paşinyan bu dəfə xalqın dəstəyini almaya bilər. Xüsusilə, onun daxili və xarici siyasətdəki uğursuzluqları xalqın gözündə olan nüfuzunun zədələnməsinə gətirib çıxarıb. Erməni cəmiyyəti yavaş-yavaş özü də başa düşür ki, Paşinyan idarəçilik qabiliyyətinə malik deyil. O, hökumət nümayəndələrini özü və vahid ideologiya ətrafında birləşdirə bilmir. Buna görə də erməni xalqı artıq onun həyata keçirdiyi siyasətdən narahat olmağa və şübhə ilə yanaşmağa başlayıb. Bir sözlə, öz ölkəsində və beynəlxalq arenada siyasi reputasiyaya malik olmayan və ard-arda siyasi yanlışlıqlara yol verən N.Paşinyanın növbəti dəfə xalqın dəstəyini alması sual altındadır”, - deyə Ehtiram Aşırlı bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video