21 Sentyabr 2018 21:50
341
CƏMİYYƏT
A- A+

BMT sədrinin xüsusi müşaviri Azərbaycanda dini-mənəvi sahədə görülən işlər barədə məlumatlandırılıb


Sentyabrın 21-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan BMT sədrinin xüsusi müşaviri, Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri Abdulla Matuq ilə görüşüb.

QMİ-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə keçirilən iclasda iştirak etmək üçün ölkəmizə səfər edən qonaq şeyxülislamla görüşdən hədsiz məmnunluq hissi keçirdiyini bildirib. O, rəhbərlik etdiyi təşkilatın xətti ilə beynəlxalq miqyasda qaçqın, məcburi köçkünlərlə bağlı layihələr, xüsusilə Türkiyədə məskunlaşmış suriyalı qaçqınların vəziyyətinin yaxşılaşdırılması yönündə görülən əməli işlər barədə şeyxülislam A.Paşazadəyə məlumat verib.

Görüşdə Azərbaycanda dini-mənəvi sahədə görülən işlər barədə qonağı məlumatlandıran QMİ sədri Azərbaycan dövlətinin İslam dünyası ilə əlaqələrə verdiyi önəmdən, Prezident İlham Əliyevin qlobal miqyasda İslam həmrəyliyi ideyasının təşəbbüskarı olmasından, islamofobiyaya qarşı hər zaman etiraz səsinin ucaltmasından, habelə ölkəmizdə dini abidələrə, dindarların mənəvi ehtiyaclarının yüksək səviyyədə həyata keçirmələrinə dövlət səviyyəsində diqqət və qayğıdan bəhs edib.

A.Paşazadə Abdulla Matuqa qarşıdan gələn aylarda QMİ tərəfindən keçirilməsi nəzərdə tutulan beynəlxalq konfranslar barədə məlumat verib və həmin tədbirlərə A.Matuqu dəvət edib. Dəvəti qəbul edən qonaq, öz növbəsində, şeyxülislamı oktyabr ayında Küveytdə keçiriləcək nüfuzlu beynəlxalq tədbirə təşrif buyurmağa dəvət edib.

Azərbaycanda elmi əsaslarla, Şamaxı Astrofizika Rəsədxanası ilə əməkdaşlıqda tərtib olunan təqvimlərə əsasən tərtib olunan hicri təqvimləri barədə şeyxülislamın fikirlərini maraqla dinləyən qonaq bu təqvimləri etibarlı mənbə adlandırıb, siyasi və dini amillərə deyil, elmə əsaslanan nümunəvi bir iş olduğunu xüsusi vurğulayıb.

Görüşdə Azərbaycan-Küveyt mənəvi əlaqələri barədə də fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video