21 Sentyabr 2018 21:48
850
PARLAMENT
A- A+

Mərzuq Əli əl-Ğanim: Küveyt və Azərbaycan hər zaman bir-birinin yanındadır


Sentyabrın 21-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Küveyt Millət Məclisinin sədri Mərzuq Əli əl-Ğanimin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov bu səfərin dövlətlərimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. O bildirib ki, Azərbaycan Küveytlə münasibətlərini genişləndirməkdə maraqlıdır. Azərbaycanın və Küveytin dövlət başçıları arasında səmimi dostluq münasibətlərinin olduğunu deyən Milli Məclisin sədri vurğulayıb ki, siyasi əlaqələrimiz yüksək səviyyədədir. Lakin iqtisadi sahədə əməkdaşlığımızı daha da genişləndirmək üçün birgə işləmək lazımdır.

Parlamentlərarası münasibətlərdən danışan Milli Məclisin sədri dostluq qruplarının fəaliyyətini qənaətbəxş hesab edib.

Milli Məclisin sədri bildirib ki, Küveyt bütün beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.

Küveyt Millət Məclisinin sədri Mərzuq Əli əl-Ğanim deyib ki, Azərbaycan və Küveyt hər zaman bir-birinin yanındadır. Küveyt rəhbərliyi, parlamenti, hökuməti və xalqı Azərbaycanın mövqeyini dəstəkləyir. Azərbaycanın əldə etdiyi uğurlar Küveyt xalqını da sevindirir. O vurğulayıb ki, ölkəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən sülh yolu ilə həllinin tərəfdarıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video