21 Sentyabr 2018 21:33
982
CƏMİYYƏT
A- A+

Koreya səfirliyi və Koreya Şərq Təbabəti Klinikası Cocuq Mərcanlı sakinlərinə dəstək olublar

Koreya Respublikasının Azərbaycandakı səfirliyinin, SEBA Koreya Şərq Təbabəti Klinikasının təşkilatçılığı və Cəbrayıl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Cocuq Mərcanlı sakinlərinə dəstək layihəsi həyata keçirilib. Bu münasibətlə Cocuq Mərcanlı kəndinə səfər təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-gyu əvvəlcə Cocuq Mərcanlı kənd tam orta məktəbi ilə tanış olub. Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov səfirə ermənilərin işğal olunmuş ərazilərdə törətdikləri vəhşiliklər, Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına müvafiq olaraq kəndin bərpası ilə bağlı aparılan tikinti işləri barədə məlumat verib. Bildirilib ki, Cəbrayıl rayonunun digər yaşayış məntəqələri kimi Cocuq Mərcanlı kəndi də 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək yandırılıb, dağıdılıb. Azərbaycan Ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub. 2016-cı ilin Aprel döyüşlərinə qədər Lələtəpə strateji yüksəkliyi Ermənistan ordusunun işğalı altında olduğundan Cocuq Mərcanlı kəndində yaşayış qeyri-mümkün idi. Lakin Azərbaycan Silahlı Qüvvələrinin yüksəkliyi azad etməsindən sonra kənddə təhlükəsiz yaşamaq imkanı yaranıb.

Diqqətə çatdırılıb ki, işğalçı Ermənistan ordusu tərəfindən tamamilə dağıdılan Cocuq Mərcanlıda birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi həyata keçirilib. Cocuq Mərcanlıdan olan 50 ailə öz doğma yurduna dönüb. Kənddə tikinti işlərinin növbəti mərhələsində daha 100 fərdi yaşayış evinin, uşaq bağçasının, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin tikintisi də başa çatıb. Həmin evlərə də Cocuq Mərcanlı kəndindən olan digər məcburi köçkünlər köçürülüb.

Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-gyu Cocuq Mərcanlıda aparılan tikinti-bərpa işlərindən və kənd sakinlərinin doğma yurdlarına qayıtmasından məmnunluğunu ifadə edib. Koreya Respublikasının Azərbaycandakı səfirliyinin keçirdiyi məcburi köçkünlərə dəstək tədbirlərinin iki ölkə arasında dostluq münasibətlərinin inkişafına öz töhfəsini verəcəyinə ümid etdiyini bildirib.

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov layihəni Koreya-Azərbaycan dostluq münasibətlərinin göstəricisi olduğunu qeyd edərək, Cocuq Mərcanlı kənd sakinlərini yaddan çıxarmadıqları üçün Koreya Respublikasının Azərbaycandakı səfirliyinə və Koreya Şərq Təbabəti Klinikasına təşəkkürlərini bildirib.

Sonra şagirdlər arasında keçirilən inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Məktəbin bütün şagirdlərinə Koreya səfirliyi, "Samsung Engineering” və SEBA Koreya Şərq Təbabəti Klinikası tərəfindən məktəb ləvazimatları, qol saatları və "TEAS PRESS” Nəşriyyat evinin kitabları hədiyyə edilib.

Layihə çərçivəsində 250-dən çox Cocuq Mərcanlı sakini Koreya Şərq Təbabəti Klinikasının şərq və qərb üsulları ilə müayinə və müalicə olunub. Klinikanın direktoru İsmət Qasımzadə bildirib ki, bu tədbir SEBA Koreya Şərq Təbabəti Klinikasının sayca beşinci layihəsidir. Onlardan üçü Koreya səfirliyi ilə birgə həyata keçirilib.

Səfir Kim Çanq-gyu sonra Cocuq Mərcanlı kənd sakini Şahsuvar Şirinovun evinə baş çəkib. Şahsuvar Şirinovun ailəsinə, həmçinin digər dörd ailəyə "LG Electronics” şirkəti tərəfindən məişət avadanlıqları təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video