21 Sentyabr 2018 18:22
972
Elm və texnika
A- A+

Azərbaycan Dillər Universiteti Çinin müxtəlif universitetləri ilə əlaqələr qurub

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Çin Kommunist Partiyası Xuçjou Universiteti təşkilatının katibi, professor Lyu Cienxonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
ADU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə K.Abdulla Azərbaycan-Çin əlaqələrinin yüksək səviyyədə olduğunu, rəhbərlik etdiyi ali təhsil ocağının Çinin müxtəlif universitetləri ilə münasibətlər qurduğunu söyləyib.
Bakıya səfərindən məmnunluğunu bildirən L.Cienxon Azərbaycan paytaxtının gözəl və inkişaf etmiş şəhər olduğunu deyib. Azərbaycan-Çin əlaqələrindən danışan qonaq ADU-nun Çin universitetləri ilə sıx əməkdaşlığından xəbərdar olduğunu vurğulayıb. O, ADU-dakı Konfutsi İnstitutunun fəaliyyətinə xüsusi qayğı və diqqətlə yanaşdığına görə universitet rəhbərliyinə minnətdarlığını bildirib. L.Cienxon deyib: "Münasibətlərin daha yüksək səviyyəyə çatması üçün bu cür görüşlərin vaxtaşırı təşkili vacibdir”.
Sonra çinli qonaqlar ADU-nun nəzdində yaradılmış Konfutsi İnstitunun fəaliyyəti ilə tanış olublar.
Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov rəhbərlik etdiyi qurumun Çinin "Bir kəmər – bir yol” qlobal layihəsinin reallaşdırılması sahəsində tədqiqatlar üzrə püxtələşdiyini deyib. O, həmçinin institutda Çin fəlsəfəsi və tarixinə dair keçirilən elmi seminarların mövzusu barədə məlumat verib.
R.Abbasov qonaqları Konfutsi İnstitutunda ümummilli lider Heydər Əliyev siyasi irsinin öyrənilməsi və Prezident İlham Əliyevin ölkələrimiz arasındakı çoxşaxəli əməkdaşlıq və dostluq əlaqələrinin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyəti üzrə informasiya bazası ilə tanış edib.
Daha sonra çinli qonaqlar ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələr və Konfutsi İnstitutunun təşkilatçılığı ilə fəaliyyət göstərən Azərbaycan-Çin linqvokulturoloji düşərgəsinin iştirakçıları ilə görüşüb, "İpək Yolu üzərində mədəniyyətlərarası dialoq” mövzusunda təşkil olunan elmi seminarlarda iştirak ediblər.
Tədbirdə "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi irsində İpək Yolu” mövzusunda məruzə ilə çıxış edən R.Abbasov bildirib ki, Azərbaycan tolerantlıq və multikulturalizm ölkəsidir. Ulu Öndərin müəyyənləşdirdiyi bu strateji istiqamətdə inkişaf edən Azərbaycan dünyaya örnək ola biləcək multikultural dəyərlər sistemini və modelini formalaşdırıb.
L.Cienxon diqqətə çatdırıb ki, tarixi "İpək Yolu” istiqamətində Azərbaycan iki min ildən artıq müddətdə Şərq və Qərb arasında elmin, mədəniyyətin və ideyaların yayılması sahəsində körpü rolu oynayır. Avropa və Asiya ölkələrinin gəncləri arasında əməkdaşlığın qurulması, tolerantlığın və qarşılıqlı anlaşmanın təbliği sahəsində səylərin birləşdirilməsi və təcrübələrin bölüşdürülməsi vacibdir.
Sonda qonaqlara ADU-nun Konfutsi İnstitutunun Çin dilində nəşr etdirdiyi "İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” əsəri və Azərbaycan dilində çapdan çıxmış, Çin Xalq Respublikasının Sədri Si Cinpinin dövlət idarəçiliyinin müasir konsepsiyasına və Çin rəhbərliyinin siyasi strategiyasına həsr olunmuş çıxışlarının əsas tezislərindən ibarət kitab hədiyyə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video