21 Sentyabr 2018 18:11
307
DÜNYA
A- A+

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi

ABŞ Dövlət Departamentinin "qara siyahı”sına Rusiyanın müdafiə sahəsi, yaxud kəşfiyyat orqanları ilə əlaqəli olan daha 33 vətəndaşı və şirkəti əlavə edilmişdir. Siyahı ötən il qəbul olunmuş "Amerikanın əleyhdarları ilə sanksiyalar vasitəsi ilə mübarizə haqqında” qanun əsasında genişləndirilmişdir. Bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat vermişdir.

"Qara siyahı”da "Vaqner” özəl hərbi şirkəti, "İnternet tədqiqatları agentliyi”, sahibkar Yevgeni Priqojin və ona məxsus "trollar fabriki”nin bir sıra əməkdaşları, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin bir sıra zabiti və b. yer almışlar. Beləliklə, Dövlət Departamentinin siyahısındakı şəxslərin və firmaların sayı 72-ə çatmışdır.

Bu qərar Rusiyanın "ABŞ-dakı seçki prosesinə müdaxiləsi, habelə Ukraynanın şərqində qəbulolunmaz davranışı və digər zərərli hərəkətləri ilə” əsaslandırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video