21 Sentyabr 2018 18:10
261
DÜNYA
A- A+

Türkiyədə 110 hərbçinin həbsinə order verildi


Türkiyə prokurorluğu qiyamçıların fəaliyyətinin təhqiqi çərçivəsində hərbi hava qüvvələri sıralarından 110 hərbçinin saxlanmasına order vermişdir. NTV telekanalının xəbərinə görə, onlar FETÖ terrorçu təşkilatı ilə əlaqədə şübhəli bilinirlər.

Şübhəlilər arasında əsasən kiçik zabit və çavuş heyəti, habelə kapitan rütbəsindən polkovnik rütbəsinədək bir neçə zabit var. İstintaqın qənaətinə görə, bu şəxslər FETÖ-nün üzvü olmuş və fəaliyyətlərini təşkilatın nümayəndələri ilə ordu strukturlarından kənarda əlaqələndirmişlər.

Şübhəli şəxslərin həbsi dünən səhər başlamışdır və ölkənin 15 vilayətində keçirilir.

Xatırladaq ki, 2016-cı il iyulun 15-də Türkiyə Silahlı Qüvvələrinin bir qrup əsgər və zabiti dövlət çevrilişi cəhdi həyata keçirmişdir. Əsas qarşıdurma İstanbul və Ankarada baş vermişdir. Nəticədə qiyamçılardan başqa, 250 nəfər həlak olmuş, 1500 nəfərdən çox adam yaralanmışdır.

Ankara qiyamın təşkilində FETÖ-nü ittiham edir. Bu işlə bağlı ölkədə minlərlə adam mühakimə olunmuşdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video