21 Sentyabr 2018 16:44
778
Elm və texnika
A- A+

BDU ilə Darüssəlam Qontor Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb


Bakı Dövlət Universiteti (BDU) ilə İndoneziyanın Darüssəlam Qontor Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, imzalanma mərasimində bu ali məktəbin rektoru, akademik Abel Məhərrəmov Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyətindən danışıb. BDU-nun fəaliyyəti barədə məlumat verən rektor ötən illərlə müqayisədə beynəlxalq əlaqələrin, o cümlədən İndoneziya universitetləri ilə əməkdaşlığın genişləndiyini diqqətə çatdırıb.

Darüssəlam Qontor Universitetinin rektoru, professor Amal Fəthullah bu ali məktəbin inkişaf mərhələlərindən, tədris istiqamətlərindən söz açıb, BDU ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Görüşdə BDU-da İndoneziya ilə yanaşı, Malayziya, Bruney və Sinqapurun rəsmi dövlət dili kimi 40 milyon insanın ana dili olan malay dilinin tədrisi, həmçinin bu sahədə kadr hazırlığı ilə bağlı görüləcək işlər müzakirə olunub.

Sonra universitetlər arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənəddə müəllim-tələbə mübadiləsi, birgə konfrans və seminarların keçirilməsi, yay məktəblərinin təşkili və s. məsələlər nəzərdə tutulur.

Qonaqlar BDU-nun elmi-tədqiqat mərkəzləri, laboratoriyaları, muzeyləri ilə tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video