21 Sentyabr 2018 15:24
549
Mədəniyyət
A- A+

Polad Bülbüloğlu Mixail Şvıdkoya Azərbaycan Prezidentinin fəxri diplomunu təqdim edib


Moskva Müzikl Teatrı "Həyat gözəldir” adlı yeni tamaşanı təqdim edib. Tamaşa teatrın bədii rəhbəri Mixail Şvıdkoyun 70 illiyinə həsr edilib.

AZƏRTAC xəbər verir ki, gecədə Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev və ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak ediblər.

P.Bülbüloğlu gecəyə toplaşanlar qarşısında çıxış edərək M.Şvıdkoyu yubileyi münasibətilə təbrik edib. Azərbaycanın Rusiyadakı səfiri deyib: "Mən bu qənaətə gəlmişəm ki, bu gün artıq Mixail Yefimoviç kimi insanlar doğulmur. O, əsl dostdur – çox səmimi, çox həssas və çox sədaqətli. Onu da bilirəm ki, Mixail Yefimoviç məni məzəmmət edəcək, çünki o, mənə dəfələrlə xəbərdarlıq etmişdi ki, heç bir təbrik və rəsmi nitqlər lazım deyil. Lakin mən öz Prezidentim İlham Əliyevin tapşırığını yerinə yetirməyə borcluyam. Səmimi desəm, bu tapşırıq mənim üçün Mixail Yefimoviçin sözlərindən qat-qat artıq məsuliyyət deməkdir”.

Səfir və Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu Mixail Şvıdkoya təqdim edib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Mixail Şvıdkoy Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında səmərəli fəaliyyətinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video