21 Sentyabr 2018 02:39
410
SİYASƏT
A- A+

Bakıda Əfqanıstan üzrə NATO proqramının məzunlarına sertifikatlar təqdim edilib


Sentyabrın 20-də ADA Universitetində NATO-nun müdafiə sahəsində təhsilin təkmilləşdirilməsi üzrə proqramının əfqanıstanlı məzunlarına sertifikatlar təqdim edilib.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən NATO Baş katibinin müavini xanım Rouz Gotemöller Əfqanıstanda hərbi təhsilin keyfiyyətinin yaxşılaşdırılması və təhlükəsizliyin möhkəmləndirilməsi üçün 14 əfqan vətəndaşının iştirak etdiyi bu proqramın həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Rouz Gotemöller bu cür proqramların həyata keçirilməsi üçün platforma yaratdığına görə Azərbaycana minnətdarlığını bildirib. O deyib ki, "DEEP Afghanistan” proqramının başlanmasından bəri Azərbaycan orada fəal iştirak edir və NATO-nun bu ölkədəki fəaliyyətinə böyük töhfə verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video