Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılan “Dədə Qorqud” kamera orkestrinin təqdimatı olub
Sentyabrın 20-də Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılmış "Dədə Qorqud” kamera orkestrinin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin, beynəlxalq təşkilatların təmsilçilərinin, tanınmış elm və mədəniyyət xadimlərinin, ictimaiyyət nümayəndələrinin, musiqisevərlərin qatıldığı tədbir Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil edilib.
Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi qurumun gördüyü işlərdən danışıb. Bildirib ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət başçılarının dəstəyi ilə təsis edilib. Qısa zamanda fəaliyyət göstərməsinə baxmayaraq, fond türkdilli xalqlara məxsus mədəniyyət, tarixi irsin mühafizəsi və təbliği yönündə fəaliyyət göstərməkdədir. Hazırda fondun dəstəyi ilə türkdilli xalqların tarixi-mədəni irsinin qorunması və təbliğ edilməsinə dair müxtəlif layihələr üzrə işlər aparılmaqdadır.
Diqqətə çatdırılıb ki, belə layihələrdən biri "Dədə Qorqud” kamera orkestrinin yaradılmasıdır. Türk dünyasının ortaq yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud”un baş qəhrəmanının adını daşıyan "Dədə Qorqud” kamera orkestri özündə türk dünyası dövlətlərinin musiqiçilərini birləşdirir. Orkestrın bədii rəhbəri və dirijoru Azərbaycanın xalq artisti, professor Yalçın Adıgözəlovdur. Orkestr türk dünyasının zəngin mədəniyyət və incəsənətini, xalq yaradıcılığını, dahi bəstəkarlarının əsərlərini dünyada tanıtmaq məqsədilə fəaliyyət göstərir və bu istiqamətdə türkdilli xalqların musiqisini beynəlxalq platformada ifa edir.
Günay Əfəndiyeva deyib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun yaradılmasının 100 illikləri böyük təntənə ilə qeyd olunur. Bir neçə gün əvvəl seyr etdiyimiz möhtəşəm parad bir daha iki türkdilli dövlət arasında mövcud dostluğun, qardaşlığın əbədiyaşarlığını sərgilədi.
Qeyd edilib ki, bu il həm də bütün türk dünyasının birliyinə dəstək verən, hər zaman onun inkişafına, güclənməsinə çalışan ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi qeyd edilir. Eyni zamanda, Qırğızıstanın böyük yazıçısı Çingiz Aytmatovun 90 illiyi, Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 100 illiyi silsilə tədbirlərlə qeyd edilməkdədir. Onların hər biri türk dünyasının nəhəng simalarıdır və biz hər zaman onların xatirəsini ehtiramla anırıq.
Orkestrin Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar sentyabrın 22-də Naxçıvanda konsert proqramları ilə çıxış edəcəyini söyləyən fondun prezidenti bu layihənin reallaşmasında əməyi olan hər kəsə minnətdarlığını bildirib. "Bu bir başlanğıcdır. "Dədə Qorqud” kamera orkestrinə Dədə Qorqud nüfuzunu, Dədə Qorqud yaşını, Dədə Qorqud ölməzliyini arzulayıram”, - deyə Günay Əfəndiyeva vurğulayıb.
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev dahi bəstəkar Üzeyir Hacıbəylinin adını daşıyan musiqi festivalının əhəmiyyətindən söz açıb. Bildirib ki, bu il artıq 10-cü dəfə təşkil olunan festivalın coğrafiyası daha da genişlənib. Festivala tanınmış musiqi kollektivləri qatılıb və onların rəngarəng musiqi proqramları hər kəsin zövqünü oxşamaqdadır.
"Dədə Qorqud” kamera orkestrinin yaradılmasını olduqca əlamətdar hadisə kimi dəyərləndirən V.Əliyev deyib ki, məqsəd Azərbaycan, bütövlükdə türk dünyasının mədəniyyətini, incəsənətini təbliğ etməkdir.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qısa zamanda çox böyük işlər gördüyünü söyləyən natiq deyib ki, fond daim axtarışdadır. Yeni layihələrə imza atan fond inanırıq ki, qarşıya qoyulmuş məqsədlərin reallaşması naminə çox böyük səylə çalışacaq.
Gecədə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan bəstəkarlarının əsərləri səsləndirilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Azərbaycan Respublikası Prezidentinin “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanun...
19 Mart
“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sı...
19 Mart
“Qeyri-müntəzəm sərnişin daşınması üçün formulyarın forması”nın təsdiq edilməsi haqqında...
19 Mart
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzər...
19 Mart
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsd...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununu...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı...
19 Mart
Azercell abunəçilərinin nəzərinə:
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!