21 Sentyabr 2018 02:36
322
SİYASƏT
A- A+

Misirin “Əl-Əhram” qəzetində Azərbaycan Xalq Cümhuriyyəti haqqında məqalə dərc olunub


Misir Ərəb Respublikasının geniş oxucu kütləsinə malik "Əl-Əhram” qəzetində Hala Əhməd Zəkinin "Bakı - 100 il bundan öncə həyata keçirilmiş arzunun hekayəsi” adlı məqaləsi dərc edilib.

Müəllif Azərbaycanın coğrafi mövqeyi, təbii sərvətləri və strateji əhəmiyyəti, həmçinin ölkəmizin geostrateji, geoiqtisadi və geosiyasi önəmi barədə məlumat verir, Azərbaycanın müsəlman Şərqində ilk demokratik respublika (1918-1920) olduğunu, 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisənin baş verdiyini, Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğunu diqqətə çatdırır.

Daha sonra müəllif müstəqillik dövründə parlamentin, milli ordunun, ilk polis bölməsinin, Bakı Dövlət Universitetinin təsis olunması, müstəqil mətbuatın formalaşması, AXC-nin xarici siyasəti, Paris Sülh Konfransı, dünya birliyi tərəfindən Azərbaycanın de-fakto tanınması və həmin dövr üçün vacib hesab edilən digər məsələlər barədə söz açır.

Məqalədə Azərbaycanın 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməsi, 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gəlməsi ilə Azərbaycanın hərbi gücünün artırılması, xarici siyasətin uğurları, atəşkəsin elan olunması, "Əsrin müqaviləsi”nın imzalanması, ölkə iqtisadiyyatının dirçəlməsi və sair məsələlərə toxunulur.

Məqaləsinin sonunda müəllif sentyabrın 9-da Misir Ərəb Respublikasının "Hivar” (Dialoq) Siyasi Araşdırmalar və Media Mərkəzində Emil Rəhimovun müəllifi olduğu "Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi” adlı kitabın təqdimatından bəhs edir, buradakı çıxışlardan sitatlar gətirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video