21 Sentyabr 2018 02:33
386
CƏMİYYƏT
A- A+

Naxçıvanda Aşura mərasimləri keçirilib


Hər il Məhərrəm ayı və onun Aşura günü muxtar respublikada İslamın dəyərlərinə uyğun qeyd olunur.

Məhərrəm ayı tarixboyu bütün səmavi dinlər tərəfindən sülh və əmin-amanlıq ayı kimi qəbul olunub.

İslamdan sonra Aşura günü Kərbəla hadisəsi ilə bağlı olub. İmam Hüseyn və tərəfdarları həmin gün haqq uğrunda şəhadətə qovuşublar. Bu günün mahiyyətində iman sevgisi, savab əməllər və əqidə saflığı kimi ali dəyərlər dayanır. Hər il muxtar respublikada keçirilən Aşura mərasimlərində insanlar bu mənəvi dəyərlər ətrafında həmrəy olur, məscidlərdə qanvermə aksiyaları keçirilir, ehtiyacı olanlara həyat verilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 20-də Naxçıvan şəhərindəki Cümə məscidində Aşura mərasimi keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Aşura mərasimində iştirak edib.

Mərasimdə Qurani-Kərimdən ayələr oxunub, dualar edilib, ehsan verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video