21 Sentyabr 2018 02:27
1881
ELANLAR
A- A+

“Azercell”in dəstək verdiyi “İdeyadan Biznesə” layihəsinin startap turu Sumqayıtda keçiriləcək


Startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədilə "İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turları davam edir. Növbəti startap turu 21 sentyabr 2018-ci il tarixində saat 08:30-dan 17:00-dək Sumqayıt şəhərində Heydər Əliyev Mərkəzində baş tutacaq. Startap turuna ətraf ərazilərdən olan iştirakçılar da qatıla bilər. "Azercell Telekom” MMC-nin tərəfdaş kimi çıxış etdiyi bu layihə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və "Microsoft” şirkəti ilə birgə "İdeyadan Biznesə” layihəsi çərçivəsində keçirilir. Startap turu çərçivəsində informativ sessiya, interaktiv hissə, müsabiqə və müxtəlif mövzuları əhatə edən təlimlərin keçirilməsi nəzərdə tutulur. Tədbirin birinci hissəsində startapları əsas müsabiqəyə hazırlamaq üçün kiçik biznes-treninqlər təşkil olunacaq, ikinci hissədə isə onlar öz ideyalarını münsiflər heyəti qarşısında təqdim edəcəklər. Daha sonra seçilmiş layihələr birincilik uğrunda mübarizə aparacaqlar. Hər çıxışdan sonra sual-cavab və layihənin müzakirəsi baş tutacaq. İkinci hissənin sonunda münsiflər Sumqayıt üzrə ilk 3 yerin qaliblərini müəyyənləşdirəcək və qalib olan layihələr Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanacaq.

Startap turları çərçivəsində qalib gələn layihələr mentor xidmətləri, investisiyaların cəlb olunması, o cümlədən uğurlu startapların xaricə göndərilməsi və beynəlxalq tədbirlərə cəlb olunması imkanları ilə təmin oluna bilər.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video