20 Sentyabr 2018 21:13
276
CƏMİYYƏT
A- A+

Səccad Kərim: Azərbaycanda mövcud olan birgəyaşayış modeli bir çox ölkələr üçün nümunədir


Sentyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Avropa İttifaqının Cənubi Qafqaz nümayəndəliyinin rəhbəri Səccad Kərim ilə görüşüb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Mübariz Qurbanlı DQİDK-nın fəaliyyət istiqamətləri, mövcud dövlət-din münasibətləri, dini konfessiyaların fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verib, ölkəmizdə hökm sürən tolerant və multikultural mühit barədə danışıb. Bildirib ki, Azərbaycanda 835 dini qurum Dövlət Komitəsində qeydiyyatdan keçib. Konfessional baxımdan onların 804-ü İslam, 31-i isə qeyri-islam təmayüllüdür. Dövlət Komitəsinin sədri deyib ki, bu gün dünyada, xüsusən Yaxın Şərqdə dinlər və məzhəblər arasında münaqişələr yaşansa da Azərbaycanda bu cür hallar tarixən heç vaxt olmayıb. Dini və etnik tolerantlığa, dinlərarası və mədəniyyətlərarası dialoqa aid məsələlər ölkəmizdə çox fəal şəkildə müzakirə olunur və Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Mübariz Qurbanlı vurğulayıb ki, Azərbaycanda fəaliyyət göstərən bütün konfessiyalara dövlət tərəfindən daim maddi və mənəvi dəstək göstərilir, dini ibadət yerləri təmir olunur, yeniləri tikilir.

Avropa İttifaqının Cənubi Qafqaz nümayəndəliyinin rəhbəri Səccad Kərim ölkəmizin bütün sahələrdə dinamik inkişafını, Azərbaycanda dini tolerantlıq mühiti və dövlətin bu istiqamətdə yürütdüyü siyasəti yüksək qiymətləndirib. Bildirib ki, dünyəvi Azərbaycan dövləti bütün dinlərin nümayəndələrinə diqqət və qayğı ilə yanaşır. Bu cür birgəyaşayış modeli bir çox ölkələr üçün nümunə ola bilər. Eyni zamanda, Səccad Kərim Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələri yüksək dəyərləndirərək, bütün sahələr üzrə əməkdaşlığın davam etdirilməsindən məmnunluğunu ifadə edib.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında ikitərəfli münasibətlərin inkişafı, o cümlədən din sahəsi ilə bağlı məsələlər müxtəlif aspektlərdə müzakirə edilib. Qeyd olunub ki, bu sahə üzrə müzakirələrin davam etdirilməsi Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək əməkdaşlıq üçün zəmin ola bilər. Eyni zamanda, cari ilin dekabr ayında keçirilməsi planlaşdırılan beynəlxalq konfransa hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

Sonda Mübariz Qurbanlı qonaqlara Dövlət Komitəsinin nəşr etdirdiyi kitablar hədiyyə edib.

Qeyd edək ki, görüşdə Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Jankauskas və DQİDK sədrinin müavini Səyavuş Heydərov iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video