20 Sentyabr 2018 19:31
227
DÜNYA
A- A+

Əfqanıstan taliblərlə birbaşa dialoqa hazırdır


Rəsmi Kabil Əfqanıstanda qüvvədə olan Konstitusiya çərçivəsində heç bir ilkin şərt qoyulmadan "Taliban” hərəkatı ilə birbaşa danışıqlara hazırdır. Bu barədə "RİA Novosti” agentliyi xəbər verir.

Əfqanıstan Prezidentinin MDB ölkələri üzrə xüsusi nümayəndəsinin müavini Məhəmməd İbrahim Tamilin dediyinə görə, hökumət dəfələrlə taliblərlə dialoqa, görüşlərə hazır olduğunu bildirmişdir. Bunun üçün bir tələbdən başqa heç bir ilkin şərt irəli sürülmür - danışıqlar yalnız Əfqanıstan Konstitusiyası çərçivəsində keçirilməlidir.

Tamil qeyd etmişdir ki, hökumət taliblərlə birbaşa dialoqa və görüşlərə, onların tələblərini dinləməyə və bununla bağlı öz fikrini söyləməyə hazırdır.

Bundan əvvəl taliblərin səhra komandiri Şir Ağa telekanalların birinə müsahibəsində demişdi ki, hərəkat vasitəçilərin iştirakını gözləmədən hökumətlə sülh danışıqlarına hazırdır.

Xatırladaq ki, Əfqanıstanda vəziyyətin tənzimlənməsi üzrə görüş sentyabrın 4-də "Moskva formatı”nda keçirilməli idi. Lakin Kabilin xahişi ilə görüş təxirə salınmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video