20 Sentyabr 2018 19:27
221
CƏMİYYƏT
A- A+

Gəncədə keçirilən qanvermə aksiyasında insanlar fəallıq nümayiş etdirmişlər


Hər il olduğu kimi, bu il də Aşura günündə Gəncədə qanvermə aksiyası təşkil olunmuşdur. Qana ehtiyacı olan xəstələrə yardım etmək məqsədilə "İmamzadə” ziyarətgahında təşkil olunmuş aksiyada yüzlərlə insan iştirak etmişdir.

Mərkəzi Qan Bankının Gəncə filialının 44 nəfərlik tibbi heyəti xüsusi qurulmuş çadırda donorlara yüksək səviyyədə xidmət göstərmək üçün əllərindən gələni əsirgəmirdilər. Burada 42 nəfərin eyni vaxtda qan verməsi üçün hər cür şərait yaradılmışdı. Məntəqə zəruri dərman və tibbi vasitələrlə də təmin edilmişdi. Aksiyada iştirak etmək istəyən şəxslərin əvvəlcə arterial təzyiqi və qanında olan hemoqlobinin miqdarı yoxlanılırdı. Sağlamlığında heç bir problemi olmayan və 18 yaşdan yuxarı insanlar növbə ilə qan verirdilər. Günün sonunda Gəncə və ətraf rayonlardan 300 nəfərdən çox insan fəallıqla iştirak edərək qan vermişdilər.

Gəncə şəhər Zülfü Hacıyev küçəsinin sakini İradə Mustafayeva qan verərək məntəqədən çıxarkən onu dedi ki, qan vermək insanın özü üçün də çox faydalıdır. Həm orqanizmi təzələnir, həm də kiminsə həyatını xilas etdiyi üçün məvi cəhətdən rahatlıq tapır.

Şəmkir rayon Çinarlı kənd sakini Telli Hacıyeva da qan verənlər arasında idi. O, donor olmağı özünün vətəndaşlıq borcu hesab edirdi. Söhbət zamanı Telli dedi ki, aksiya çox yaxşı təşkil edilib. Sanitar normalara diqqət edilir. Tibb işçiləri hər kəsə xüsusi qayğı ilə yanaşırlar. Mən də mənəvi borcumu yerinə yetirmək üçün qan verdim. Özümü çox yaxşı hiss edirəm.

Qeyd edək ki, tədarük olunan qan və qandan hazırlanan preparatlar hemofiliyalı və talassemiyalı xəstələrin müalicəsi üçün istifadə olunacaqdır. Hazırda Mərkəzi Qan Bankının Gəncə bölməsində qərb bölgəsi üzrə ümumilikdə 300-ə yaxın belə xəstə qeydiyyatdadır.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video