Ücretsiz php script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış Hacklink satış

Alternative content

08:55 16 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
02:31 16.10.2018 Bir rayonda iki mənzərə
02:27 16.10.2018 Nə yeyiriksə, oyuq
02:19 16.10.2018 Dövrün salnaməsi
02:17 16.10.2018 Vəzirzadə Nəcəf Bəy
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Milli Məclisi ilə NATO Parlament Assambleyası arasında sıx əlaqələr mövcuddur
Azərbaycan Milli Məclisi ilə NATO Parlament Assambleyası arasında sıx əlaqələr mövcuddur
ANA SƏHİFƏ / PARLAMENT
19:22 20.09.2018

Sentyabrın 21-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov NATO baş katibinin müavini xanım Rouz Qotemöllerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov belə görüşlərin NATO ilə Azərbaycan arasındakı əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Sədr diqqətə çatdırıb ki, Azərbaycan NATO tərəfindən həyata keçirilən sülhməramlı dəstək proqramlarında iştirak edir. Hazırda 120 Azərbaycan əsgəri Əfqanıstanda xidmət edir.

Milli Məclisin sədri Azərbaycan Milli Məclisi ilə NATO Parlament Assambleyası arasında sıx əlaqələrin olduğunu söyləyib. Xatırladıb ki, NATO Parlament Assambleyasının iqtisadiyyat və təhlükəsizlik komitəsinin keçid və inkişaf alt-komitəsinin iclası ölkəmizdə uğurla keçirilib.

NATO baş katibinin müavini Rouz Qotemöller Azərbaycan parlamentinin yaranmasının 100 illiyi münasibətilə təbriklərini çatdırıb. O, belə bir əlamətdar vaxtda ölkəmizdə olmaqdan məmnunluğunu bildirib.

Qonaq qeyd edib ki, Azərbaycanın NATO-nun sülhməramlı dəstək proqramlarında iştirakı yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin bu ilin iyul ayında Brüsseldə NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə iştirakını və çıxışını yüksək qiymətləndirən baş katibin müavini vurğulayıb ki, bütün bunlar Azərbaycan-NATO tərəfdaşlığını daha da möhkəmləndirir.

Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam etdirilib.