20 Sentyabr 2018 19:16
992
PARLAMENT
A- A+

İbrahim Əhməd Ömər: Sudan hər zaman Azərbaycanın mövqeyini dəstəkləyir


Sentyabrın 20-də Milli Məclisin sədri Oqtay Əsədov Sudan Respublikası Milli Assambleyasının sədri İbrahim Əhməd Ömərin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTACxəbər verir ki, Oqtay Əsədov Sudanla Azərbaycanın dost ölkələr olduğunu deyib. O bildirib ki, Sudan Milli Assambleyası sədrinin ölkəmizə səfəri əlaqələrin, xüsusilə də parlamentlərarası münasibətlərin inkişafına təkan verəcək. O, Azərbaycan-Sudan iqtisadi əlaqələrinin inkişaf etdirilməsinin də vacibliyini vurğulayıb.

Ötən illər ərzində hökumətlər arasında yaxşı əlaqələrin qurulduğunu deyən Oqtay Əsədov bu ilin aprel ayında Sudanın xarici işlər nazirinin ölkəmizə səfərini xatırladıb. Bildirilib ki, Sudan bütün beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini dəstəkləyir.

Milli Məclisin sədri Sudan Milli Assambleyasının xarici əlaqələr komitəsinin 1992-ci ilin fevralında Xocalı şəhərində mülki Azərbaycan əhalisinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş soyqırımını insanlığa qarşı cinayət kimi tanımasını xüsusi qeyd edib.

Sudan Respublikası Milli Assambleyasının sədri İbrahim Əhməd Ömər Azərbaycan parlamentinin yaranmasının 100 illiyi münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, qarşılıqlı səfərlər ölkələr arasında müxtəlif sahələrdə əməldaşlıq üçün yeni imkanlara yol açır. Bu səfər əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcək. Milli Assambleyanın sədri deyib ki, Sudan hər zaman Azərbaycanın yanındadır. Sudanın beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini dəstəkləməsi bunun bariz nümunəsidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video