20 Sentyabr 2018 19:12
430
CƏMİYYƏT
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb. Memorandumu nazir Sahil Babayev və Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıblar.

AZƏRTAC xəbər verir ki, tədbirdə S.Babayev Prezident İlham Əliyev tərəfindən aparılan sosial-iqtisadi islahatların ölkədə iqtisadiyyatın inkişafı ilə yanaşı, əhalinin rifah halının yüksəlməsinə səbəb olduğunu bildirib. Qeyd edilib ki, dövlət başçısının kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamlar kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun artırılması, idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması baxımdan mühüm əhəmiyyət daşımaqla bərabər, sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının göstəricisidir. Nazir həyata keçirilən tədbirlər nəticəsində qeyri-neft sektorunun sürətli və rəqabətədavamlı inkişafının təmin olunduğunu, bu sektorun potensial imkanlarının genişləndiyini, yeni istehsal sahələrinin yaradıldığını, yerli istehsal hesabına idxalı əvəz edən məhsulların həcminin yüksəldiyini, sahibkarlıq subyektlərinin sayının 4 dəfədən çox artığını, eyni zamanda, özəl sektorun məşğulluqda payının 75 faizi keçdiyini vurğulayıb.

Nazir ölkə başçısının tapşırıqlarına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramının kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün əlverişli imkanlar yaratdığını bildirib. Onun sözlərinə görə ilin sonuna kimi yeddi min ailə özünüməşğulluq proqramı çərçivəsində ailə biznesini quracaq.

S.Babayev qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında imzalanan memorandum qurumların göstərdiyi dövlət xidmətlərinin təşkili, informasiya-kommunikasiya texnologiyaları və innovasiyaların imkanlarından istifadə etməklə xidmət keyfiyyətinin yaxşılaşdırılması, sahibkarların həmin xidmətlərə dair maarifləndirilməsi, sahibkar məmnunluğunun artırılması, özünüməşğulluq proqramına cəlb edilmiş ünvanlı dövlət sosial yardımı alan və əlilliyi olan şəxslərin, bir ildən artıq işsiz kimi qeydiyyatda olanların, pensiya yaşına iki ildən az qalmış vətəndaşların, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərin kiçik biznesinin inkişafına dəstək, eləcə də nazirliyin tabeliyindəki DOST Agentliyi ilə əməkdaşlığın qurulması, əmək bazarınadək olan prosesdə könüllülük fəaliyyətinin təşviq edilməsi və digər oxşar məsələlərlə bağlı birgə fəaliyyətin göstərilməsi, müştərək layihələrin icra edilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlığı tənzimləyir.

O.Məmmədov deyib ki, imzalanan memorandum məşğulluğun təmini səviyyəsinin yüksəldilməsi məqsədlərinin səmərəli reallaşdırılması və əlaqələndirilməsi baxımından inkişaf çağırışlarına cavab verən yeni əməkdaşlıq istiqamətlərini və formalarını müəyyən edir. O bildirib ki, kiçik bizneslərin yaradılmasının təşviqi yolu ilə özünüməşğulluq, əhalinin sosial həssas qruplarının məşğulluğunun təmini, sosial və iqtisadi məqsədlərin qarşılıqlı əlaqədə reallaşmasına imkan verən müasir biznes modellərinin tətbiqinə dair geniş əməkdaşlıq platforması mövcuddur. İmzalanan memorandum göstərilən istiqamətlərdə birgə səylər üçün bu platformanı inkişaf etdirəcək.

O.Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılmaqda olan DOST Agentliyi tərəfindən formalaşdırılmaqda olan Kiçik və Orta Biznesin Dostları şəbəkəsi kimi yeni institutlar arasında səmərəli əməkdaşlığın birgə məqsədlərin reallaşdırılması üçün geniş imkanlar yaradacağını deyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Kiçik və Orta Biznesin (KOB) İnkişafı Agentliyi arasında imzalanan memorandum çərçivəsində 30-dək fəaliyyətin birgə təşkili və həyata keçirilməsi üzrə əməkdaşlıq barədə razılığa gəlinib. Bunlar özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələr və əlilliyi olan şəxslər üçün kiçik biznesin yaradılması, kiçik və orta sahibkarlığın dəstəklənməsində birgə fəaliyyət, kiçik və orta biznesə dəstək məqsədilə gənc mütəxəssislərin və tələbələrin sahibkarlığa könüllü olaraq cəlb edilməsinin təşviqi, KOB könüllüləri ilə DOST könüllülərinin birgə əməkdaşlıq platformasının hazırlanması, KOB və DOST könüllülərinin əmək bazarının tələblərinə uyğun hazır mütəxəssis kimi formalaşması istiqamətində bölgünün aparılması, o cümlədən müxtəlif ixtisaslaşdırılmış sahələr üzrə birgə "Yay və Qış məktəbləri”nin təşkili, həssas əhali qruplarının məşğulluqda xüsusi çəkisinin artırılması istiqamətində tədbirlərin görülməsi, birgə əmək yarmarkalarının təşkil edilməsi və digər sahələr üzrə əməkdaşlıq istiqamətlərini əhatə edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video